İngiltərədə müşahidə olunan rekord istilər məktəblərdə tədris prosesini çətinləşdirib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, sinif otaqlarında yüksək temperatur səbəbindən şagirdlərdə halsızlıq, başgicəllənmə və istilik vurması halları qeydə alınıb.
Müəllimlər isə mövcud şəraitdə dərs keçməyin həm şagirdlər, həm də təhsil işçiləri üçün risk yaratdığını bildirirlər.
Məlumata görə, ölkədəki məktəblərin əksəriyyətində kondisioner sistemi yoxdur. Təhsil müəssisələri vəziyyəti yüngülləşdirmək üçün ventilyatorlardan istifadə edir, pəncərələri açır və bəzi hallarda dərs cədvəlində dəyişikliklər edir.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən belə istilər gələcəkdə daha tez-tez müşahidə oluna bilər.
Bu səbəbdən məktəb binalarının yüksək temperatur şəraitinə uyğunlaşdırılması və soyutma sistemlərinin gücləndirilməsi zəruri hesab olunur.