Azedu.az

"Rəqəmsal Məktəb"in təsirini qiymətləndirmək üçün hələ tezdir

Orta təhsil

15 İyul 2026, 15:05
"Rəqəmsal Məktəb"in təsirini qiymətləndirmək üçün hələ tezdir

"“Rəqəmsal Məktəb” platformasının təsirini ölçmək üçün hələ tezdir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd edib.

"Rəqəmsal Məktəb” platformasının tətbiqinin nəticələrini tam qiymətləndirmək üçün müəyyən zaman lazımdır.

O qeyd edib ki, platforma 2025-ci ilin sentyabr ayından Bakı məktəblərində tətbiq olunur və hazırda əsasən məktəb idarəetməsi proseslərində istifadə edilir.

"Biz bir tsikli bağlamalıyıq ki, daha sonra başa düşək, bu platformanın müxtəlif sahələrdə effekti nədir. Hazırda “Rəqəmsal Məktəb” daha çox məktəb idarəetməsində istifadə olunur. Müəllim və direktor tərəfindən həyata keçirilən əməliyyatlar bu platforma üzərindən aparılır.

İlk növbədə platformanın müəllimlər və direktorlar tərəfindən tam mənimsənilməsi və müəyyən müddətin keçməsi lazımdır. Daha sonra platformanın digər imkanlarının istifadəsini daha geniş təşviq edəcəyik.

Cəmi bir il ərzində görürük ki, platformada təqdim etdiyimiz süni intellekt həllərindən lisenziya verilmiş müəllimlərin təxminən 20 faizi aktiv istifadə edir. Digərləri daxil olub baxıb çıxıblar, lakin bu, hələ gündəlik fəaliyyətə tam inteqrasiya olunmayıb".

Avqust-sentyabr aylarında müəllimlər üçün açıq sessiyalar və təlimlər keçirməyi planlaşdırırıq. Məqsədimiz təqdim etdiyimiz alətləri və imkanları daha geniş tanıtmaq, istifadəsini artırmaqdır. İnanırıq ki, müəllimlər bu platformanı gündəlik fəaliyyətlərinə daxil etdikcə şagirdlər, direktorlar və valideynlər də daha aktiv şəkildə qoşulacaqlar.

Valideynlər əsasən uşaqlarının qiymətlərini izləmək üçün platformadan istifadə edirlər. İlk ilin ilk yarısının sonunda sistemdə yaranan kiçik texniki səhv səbəbindən valideynlər uşaqlarının qiymətləri ilə bağlı narahatlıq keçirmişdilər. Lakin bu məsələ aradan qaldırıldı”,- deyə idarə rəisi bildirib

TƏCİLİ! Rusiyanın 20 gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat
Son xəbərlərDaha çox