Azedu.az

Məktəblərdə yeni ştat yaradılmalıdır: İT mütəxəssislərinə ehtiyac VAR - TƏKLİF

Orta təhsil

3 İyul 2026, 11:19
Məktəblərdə yeni ştat yaradılmalıdır: İT mütəxəssislərinə ehtiyac VAR - TƏKLİF

XXI əsr təhsil sistemi yalnız məzmun və proqram dəyişiklikləri ilə deyil, həm də məktəblərin idarəetmə və texniki infrastrukturunun müasirləşdirilməsi ilə inkişaf edir.

Xüsusilə rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə məktəblərdə İT dəstəyinin rolu və onun sistemli təşkili daha da aktuallaşır.

Məktəblərdə informasiya texnologiyaları üzrə mütəxəssis ştatının olmaması tədris prosesində və idarəetmədə hansı real çətinliklər yaradır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda ölkəmizdə təhsil müəssisələrində informasiya texnologiyaları üzrə ayrıca ştat vahidi mövcud deyil:

186234

"Hazırda mövcud rəqəmsal proseslər əsasən müəllimlərin ümumi İKT bacarıqları hesabına idarə olunur və təşkilati işlər də bu şəkildə həyata keçirilir. Lakin hesab edirəm ki, yaxın gələcəkdə hər bir təhsil müəssisəsində ayrıca İT mütəxəssisinin fəaliyyət göstərməsinə ehtiyac yaranacaq. Çünki rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə ağıllı lövhələrin, elektron platformaların və digər texnoloji vasitələrin idarə olunması peşəkar yanaşma tələb edir.

Təbii ki, bunun üçün ilk növbədə müvafiq infrastruktur formalaşdırılmalıdır. İnfrastruktur tam qurulduqdan sonra onun effektiv idarə olunması və texniki dəstəyinin təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Hazırda bir çox məktəbdə kompüterləşmə prosesi gedir, rəqəmsal imkanlar genişlənir. Bununla belə, xüsusilə bölgələrdə internet təminatının zəif olması, eləcə də elektrik enerjisində yaranan fasilələr bu sahənin inkişafına mənfi təsir göstərən əsas amillərdəndir".

Digər mühüm məsələ isə məktəblərdə bu sahəyə cavabdeh konkret mütəxəssisin olmamasıdır:

"Bu boşluq hazırda tam şəkildə hiss edilməsə də, rəqəmsal texnologiyaların tətbiqi genişləndikcə onun təsiri daha aydın görünəcək və təhsilin keyfiyyətinə də müəyyən dərəcədə təsir göstərə bilər. Hesab edirəm ki, məktəblərdə ayrıca İT mütəxəssisi ştatının yaradılması məqsədəuyğun olardı.

Məsələn, vahid rəqəmsal platforma üzərindən tədris prosesi idarə oluna bilər. Müəllim yalnız keçəcəyi mövzunu təqdim edər, İT mütəxəssisi isə həmin materialı ağıllı lövhələrə və ya digər rəqəmsal vasitələrə uyğun şəkildə hazırlayaraq istifadəyə təqdim edər.

Bu yanaşma müəllimin üzərindəki texniki yükü əhəmiyyətli dərəcədə azaldar. Nəticədə müəllim daha çox vaxtını şagirdlərlə işləməyə, tədris prosesinin məzmununa və keyfiyyətinin artırılmasına ayıra bilər. Hesab edirəm ki, belə bir yanaşma ümumilikdə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək".

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox