Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 11:37:00
Məktəblilər BMU-da ekskursiyada olublar

Xaçmaz Hazırlıq Mərkəzində təhsil alan X və XI sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar. Ekskursiyanın təşkilində əsas məqsəd məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək və  BMU haqqında  məlumatlandırmaq olub.

AzEdu.az xəbər verir ki, BMU-nun Təcrübə şöbəsinin əməkdaşı Ceyhun Vəliyev şagirdlərə ali təhsil ocağında mövcud olan fakültələr və tədris olunan ixtisaslar barədə geniş  məlumat verib.

Sonra şagirdlər universitetin kitabxanası, İKT mərkəzi, Texnopark, Kimya, Biologiya, Fizika, Mexanika və digər tədris laboratoriyalarında olublar.  Laboratoriyalarda şagirdlərə elmi təcrübələri izləməyə şərait yaradılıb.

Hazırlıq Mərkəzinin müəllimləri və şagirdləri ekskursiyanın təşkilinə görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.