Azedu.az

Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub

Orta təhsil

9 Oktyabr 2019, 23:47
Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində şagirdlər arasında zəhərlənmə olub.

AzEdu.az   "Report"a istinadən  xəbər verir ki, kənd məktəbinin 6-cı sinfinin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyemtələr məktəb yaxınlığında yerləşən mağazadan limonad və kətə alıblar. Qida qəbulundan sonra onlar özlərini pis hiss ediblər. Məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb.

Xəstəxanadan bildirilib ki, 11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub və detoksikasiya proseduru başa çatdırılandan sonra onlar evə yazılıblar.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox