Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 13:25:00
Yay qəbul imtahanlarına elektron qeydiyyat bu tarixlərdə aparılacaq

Yay qəbul imtahanlarına elektron qeydiyyat 30 may – 10 iyun tarixlərində aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Ərizələrində yaz qəbul imtahanında iştirak etmək istədiklərini qeyd edən abituriyentlər ikinci imtahanda da iştirak etmək üçün 30 may - 10 iyun tarixlərində qeydiyyatdan keçməlidirlər.

Yaz qəbul imtahanında iştirak etməyənlər də bu tarix ərzində qeydiyyatdan keçib imtahanlara qatıla bilərlər.

28 aprel buraxılış imtahanı modelində qəbul imtahanı verməyən əvvəlki ilin məzunları isə yay qəbul imtahanında iştirak hüququna malik deyil.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə yay imtahanları 23 iyun, II və III ixtisas qrupları üzrə isə 7 iyulda keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları