Azedu.az

DİM-dən buraxılış imtahanları arasında çətinlik fərqinə REAKSİYA

Buraxılış imtahanları

Dövlət İmtahan Mərkəzi

24 Aprel 2026, 12:45
DİM-dən buraxılış imtahanları arasında çətinlik fərqinə REAKSİYA

Dünən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlandı.

Nəticələr elan olunduqdan sonra ictimaiyyət arasında belə bir fikir formalaşıb ki, 15 mart keçirilən buraxılış imtahanı 9 mart imtahanı ilə müqayisədə daha asan olub.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının mürəkkəblik səviyyəsinin fərqli olması ilə bağlı səsləndirilən fikirlər doğru deyil.

"Fərqli zonalar üzrə keçirilən bu tip imtahanlarda suallar vahid texniki tapşırıq əsasında hazırlanır və hər iki tarixdə keçirilən imtahanların çətinlik səviyyəsi eyni olur. Hər il açıqlanan statistik məlumatlar da göstərir ki, müxtəlif tarixlərdə keçirilən imtahanların nəticələri ümumi göstəricilər baxımından bir-birinə yaxın olur.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, imtahanlar müxtəlif bölgələr üzrə keçirilir və burada həmin bölgəyə uyğun fərqli hazırlıq səviyyəsinə malik şagirdlər iştirak edirlər.

İmtahanla bağlı ümumi təəssüratlarda yaranan fərqlər çox vaxt bu amillə bağlı olur. Həmçinin imtahanda tətbiqetmə, analiz aparma, sintez etmə, düşünmə və s. qabiliyyətləri yoxlayan suallar da olur. Bu suallar müəyyən bir qrup üçün orta görünə, başqa bir qrup üçün çətin gələ bilər", - deyə DİM-dən bildirilib.

Qeyd edək ki, 9 mart buraxılış imtahanında 300 bal toplayanların sayı 2 nəfər olduğu halda, 15 mart imtahanında bu göstərici 9 nəfər olub.

Ermənistanda ARA QARIŞDI - Türkiyə bayrağı yandırıldı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox