Azedu.az

9-cu siniflərin imtahanı proqramdan kənar olub? - DİM-dən etirazlara CAVAB

Buraxılış imtahanları

Dövlət İmtahan Mərkəzi

6 Aprel 2026, 10:05
9-cu siniflərin imtahanı proqramdan kənar olub? - DİM-dən etirazlara CAVAB

Dünən keçirilmiş 9-cu siniflər üzrə buraxılış imtahanından sonra şagirdlər arasında narazılıqlar yaranıb. Bir çox şagirdin sözlərinə görə, imtahan sualları məktəblərdə tədris olunan proqramla uyğunluq təşkil etməyib. Onlar bildiriblər ki, suallar dərs proqramında yer alan mövzulardan kənara çıxıb və həddindən artıq çətin olub.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, bütün tapşırıqlar orta məktəb proqramına və dərsliklərinə uyğundur.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır - bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.

Qeyd edək ki, 5 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında 50 minə yaxın şagird iştirak edib.

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox