Azedu.az

Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM

Buraxılış imtahanları

Dövlət İmtahan Mərkəzi

21 Aprel 2026, 11:07
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM

Ötən həftə tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələri rəsmi şəkildə elan olunub. Bu prosesin başa çatması isə 15 mart tarixində təşkil edilmiş buraxılış imtahanında iştirak edən abituriyentlər və onların valideynləri arasında nəticələrin nə zaman açıqlanacağı ilə bağlı marağı daha da artırıb.

Nəzərə alsaq ki, 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri ötən həftə elan olunub və imtahanlar arasında təxminən bir həftəlik fasilə var, 15 mart tarixində keçirilən imtahanın nəticələrinin də bu həftə açıqlanacağı ehtimal olunur.

Maraqlıdır, 15 mart tarixində keçirilən buraxılış imtahanı bu həftə ərzində elan oluna bilərmi?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, 15 mart tarixində keçirilmiş buraxılış imtahanın nəticələri haqqında hələki dəqiq tarix demək mümkün deyil.

 

Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox