Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-19 12:11:00
Terrorçular mindən çox uşaq qaçırıb, minlərlə müəllimi öldürüblər – SON 5 İLDƏ

Nigeriyada 2013-cü ildən bu günədək Boko Haramın məktəb basqınlarında mindən çox uşaq qaçırılıb, minlərlə müəllim isə öldürülüb.

AzEdu.az  xarici mediaya  istinadən məlumat verir ki, hələ Chibok qəsəbəsində 276 qız uşağını qaçırılmasının üstündən  dörd il ötüb. Amma oğurlanan uşaqların sayı bununla məhdudlaşmır. UNİCEF-in məlumatına görə Boko Haram 2013-cü ildən bu günədək Nigeriyada mindən çox uşağı qaçırıb. UNİCEF-in Nigeriya şöbəsi qruplaşmanın tez-tez məktəblərə basqınlar etdiyinə diqqət çəkərək 2 295 müəllimi öldürdüyü və 400-dən çox məktəbi dağıtdığı ilə bağlı məlumat verilib. 2014-cü  ildə terror qruplaşması tərəfindən qaçırılan 276 qız uşağının bəziləri qaçmağı bacarmış, bəziləri isə qruplaşmanın üzvləri ilə dəyişdirilmişdi. Amma hələ də yüzdən çox məktəbli qızın təşkilatın əlində girov saxlandığı təxmin edilir.

Qeyd edək ki, məqsədi  Nigeriyanın cənubi qərbində şəriət dövləti qurmaq olan Boko Haram terror qruplaşması ilə dövlət arasındakı münaqişələrdə 2009-cu ildən bu günədək 20 000 insan həyatını itirib, 2 milyon 600 min nəfər isə yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları