Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-21 14:39:00
100-ə yaxın tələbəmiz Macarıstanda keçirilən tədbirdə iştirak etdi

Macarıstanda Novruz bayramı münasibətilə tədbir təşkil edilib.

AzEdu.az xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Macarıstanda təhsil alan yüzə yaxın azərbaycanlı tələbə iştirak edib.

Tədbirdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilməsindən, BMT Baş Assambleyası tərəfindən martın 21-nin “Beynəlxalq Novruz Günü” elan olunmasından və bu bayramın ölkəmizdə təntənəli şəkildə qeyd olunmasından danışıb.

Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən səfir V.Quliyev Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd edib. Bu ölkədə təhsil alan tələbələrimizə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması, qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə edib.

Tədbirdə Azərbaycan mətbəxinin ləziz xörəkləri, o cümlədən plov, habelə müxtəlif növ Novruz şirniyyatları təqdim olunub.

(Azərtac)