Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 15:39:32
Günəşin fəallığı aşağı düşəcək  

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 14-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli orta səviyyədə olub. Geomaqnit sahə son 24 saat ərzində UTC intervalında müəyyən az fəal şəraitin yaranması ilə səciyyələnib.

Günəş fəallığı fevralın 14-dən 16-dək çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin orta və yüksək səviyyədə qalacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Fevralın 15-16-da əsasən sakit şərait üstünlük təşkil edəcək. Maqnit qasırğasının baş vermə ehtimalı fevralın 14-də 10 faizdən, digər günlərdə isə (15-16 fevral) 1 faizdən aşağı qiymətləndirilir.