Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 16:42:00
UNEC-də Azərbaycan Skautlar Assosiasiyasının təqdimatı olub

UNEC-də 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Skautlar Assosiasiyasının təqdimatı keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbirdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova skautinq hərəkatının gənclərə yaratdığı imkanlardan danışıb. Təşkilat tərəfindən Azərbaycanın müxtəlif regionlarında keçirilən düşərgələrdə qeyri-formal təhsil, bilik və müxtəlif bacarıqlar qazanmağın mümkün olduğunu deyən prorektor tələbələri bu layihələrdə iştirak etməyə çağırıb.

UNEC üzrə Azərbaycan Skautlar Assosiasiyasının təmsilçisi Rza Məmmədzadə təşkilat barədə məlumat verib. Dünyanın 170-dən çox ölkəsində 50 milyon skaut olduğunu deyən R.Məmmədzadə bildirib ki, onlar dinindən, irqindən, tutduğu siyasi mövqeyindən asılı olmayaraq tədbirlərdə bir araya gəlirlər.

Azərbaycan Skautlar Assosiasiyası Milli Komitəsinin üzvü Orxan Nuri öz təcrübəsini tələbələrlə bölüşüb.

Sonda tələbələrin sualları cavablandırılıb.