Azedu.az

Bakalavrlar I yoxsa II cəhddə daha yaxşı nəticə göstərirlər?

Magistratura

20 İyun 2026, 12:23
Bakalavrlar I yoxsa II cəhddə daha yaxşı nəticə göstərirlər?

Magistraturaya qəbul üçün ümumilikdə 26 934 bakalavr ərizə verib. Bu göstərici 2024-cü illə müqayisədə artım nümayiş etdirir (ötən il 25 349 nəfər).

AzEdu.az-ın 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə, ərizə verənlərin 91,96 faizi (24 768 nəfər) Azərbaycan bölməsi, 8,04 faizi (2 166 nəfər) isə rus bölməsi üzrə müraciət edib. Namizədlərin 48,49 faizini (13 061 nəfər) oğlanlar, 51,51 faizini (13 873 nəfər) qızlar təşkil edib. Onların 15 964 nəfəri, yəni 59,27 faizi cari ilin bakalavriat məzunlarıdır.Qeyd edilib ki, magistraturaya müraciət edənlərin böyük hissəsi 2021-ci ildə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrdir. Həmin il 42 573 nəfər tələbə adını qazanıb.

Magistratura imtahanları Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan şəhərlərində və Abşeron rayonunda iki cəhd üzrə təşkil olunub. Birinci cəhd 16 fevralda, ikinci cəhd isə 11 mayda keçirilib. İmtahan materialları hər bir bakalavr üçün fərdi qaydada avtomatlaşdırılmış sistemlə çap olunub və zallar üzrə komplektləşdirilib. Xarici dil blokunda seçilmiş dil üzrə test tapşırıqları və yazı işi də təqdim edilib. Bütün fənlər üzrə suallar 4 variantda hazırlanıb.İmtahanlarda ümumilikdə 26 241 bakalavr iştirak edib. Onlardan 21 406 nəfər birinci, 19 852 nəfər ikinci, 15 017 nəfər isə hər iki imtahanda iştirak edib.

Nəticələr martın 14-də birinci cəhd üzrə, mayın 30-da isə ikinci cəhd üzrə DİM-in rəsmi internet səhifəsində elan olunub. Qapalı və açıq tipli tapşırıqlar üzrə ilkin nəticələr isə müvafiq olaraq fevralın 19-da və mayın 13-də açıqlanıb.Təhlillərə görə, iki imtahan nəticələri arasında ciddi fərq müşahidə olunmayıb. Belə ki, bakalavrların 52,23 faizinin hər iki cəhddəki nəticələri arasında 5 baldan, 82,51 faizinin nəticələri arasında isə 10 baldan az fərq qeydə alınıb.

Statistik göstəricilər nəticələrin yüksək korrelyasiyaya malik olduğunu göstərir- bu əmsal 0,85-ə bərabərdir. Ümumilikdə təhlil göstərir ki, 2-ci cəhd bəzi bakalavrlar üçün nəticələrin yaxşılaşması, digərləri üçün isə göstəricilərin sabit qalması və ya enməsi ilə xarakterizə olunub. 

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox