Azedu.az

Magistratura: bu ali məktəbin tələbələri öz universitetini seçdi- ADLAR

Magistratura

19 İyun 2026, 16:25
Magistratura: bu ali məktəbin tələbələri öz universitetini seçdi- ADLAR

2025-ci il üzrə magistratura səviyyəsinə qəbul nəticələrinin təhlili göstərir ki, bir sıra ali təhsil müəssisələrində qəbul olunan bakalavrların böyük hissəsi həmin universitetlərin öz məzunlarıdır.

AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Musiqi Akademiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistratura proqramlarına qəbul olunanların əksəriyyəti məhz həmin ali məktəblərin məzunlarıdır.

 

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox