Azedu.az

Magistraturaya qəbul planı artırılıb- RƏQƏMLƏR

Magistratura

19 İyun 2026, 15:49
Magistraturaya qəbul planı artırılıb- RƏQƏMLƏR

2025-ci ildə magistratura səviyyəsinə qəbul planında artım qeydə alınıb. Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 16 848 plan yeri ayrılıb ki, bu da ötən illə müqayisədə 1 176 yer və ya 7,5 faiz çoxdur.

AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Ayrılmış yerlərin 14 676-sı dövlət, 2 172-si isə özəl ali təhsil müəssisələrinin payına düşüb. Qəbul planının 39,35 faizi və ya 6 630 yeri dövlət sifarişi əsasında ayrılıb. Bu göstərici ötən illə müqayisədə 916 yer və ya 16,0 faiz artıb.

Magistratura səviyyəsində qəbul planının 15 518 yeri Azərbaycan bölməsi, 916 yeri rus bölməsi, 414 yeri isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Ötən illə müqayisədə Azərbaycan bölməsi üzrə plan yerlərinin sayı artsa da, ümumi plandakı payı 69,05 faizdən 68,36 faizə enib. Rus bölməsi üzrə bu göstərici 4,78 faizdən 5,44 faizə yüksəlib.

Qəbul planında ən çox yer Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılıb. Universitetin payına magistratura üzrə ümumi plan yerlərinin 16,29 faizi düşüb. Dövlət İqtisad Universitetində magistr hazırlığının həm müxtəlif beynəlxalq layihələr çərçivəsində, həm də ödənişli əsaslarla aparılması bu göstəricinin yüksək olmasına təsir göstərib.

Təhlillər göstərir ki, cari ildə magistraturaya qəbul planında bir sıra ali təhsil müəssisələri üzrə də artım müşahidə olunub. Belə ki, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində plan yerlərinin sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox