Azedu.az

Magistraturada rekordunu yenilədi: Cəmilə Yusifova ölkə birincisi OLDU

Magistratura

17 İyun 2026, 15:01
Magistraturada rekordunu yenilədi: Cəmilə Yusifova ölkə birincisi OLDU

Magistraturaya qəbul imtahanlarında yüksək nəticələri ilə seçilən Cəmilə Yusifova növbəti uğura imza atıb.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, 14 iyun tarixində keçirilən magistraturaya qəbul imtahanının nəticələrinə əsasən, Cəmilə Yusifova 94 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, Cəmilə Yusifova bundan əvvəl də magistraturaya qəbul imtahanının ikinci cəhdində test mərhələsində 93,5 bal toplayaraq respublika birincisi olmuşdu. Daha sonra esse mərhələsindən maksimum- 5 bal əldə edən məzun ümumilikdə 98,5 bal toplayaraq ölkə birincisi adını qazanmışdı.

Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının məzunu olan Cəmilə Prezident təqaüdçüsüdür. O, gələcəkdə təhsilini informasiya təhlükəsizliyi sahəsində davam etdirməyi və magistratura təhsilini xaricdə almağı hədəfləyir.

Beləliklə, Cəmilə Yusifova qısa müddət ərzində magistratura imtahanlarında göstərdiyi yüksək nəticələrlə bir daha ölkənin ən uğurlu gənclərindən biri olduğunu təsdiqləyib.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox