Azedu.az

Magistratura: üçüncü şans imtahanı nəticələri yaxşılaşdıracaq - PROQNOZ

Magistratura

19 May 2026, 11:52
Magistratura: üçüncü şans imtahanı nəticələri yaxşılaşdıracaq - PROQNOZ
Mayın 17-də keçirilən magistratura imtahanının ikinci cəhdində əlverişsiz hava şəraiti səbəbindən namizədlərin bir çoxu imtahanda iştirak edə bilməyib. İmtahanda iştirak edənlər isə yağış və yaranmış gərgin şərait səbəbindən stresli vəziyyətdə olduqlarını bildiriblər.

Bu şikayətləri nəzərə alan DİM iştirakçılara magistratura imtahanında üçüncü dəfə iştirak etmək hüququ verib. Magistratura imtahanının üçüncü cəhdi 14 iyun tarixində keçiriləcək.

Bu baxımdan maraq doğuran sual budur: magistratura imtahanının üçüncü dəfə keçirilməsi iştirakçıların nəticələrini yaxşılaşdıra bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.

O qeyd edib ki, üç dəfə imtahan vermək namizədlərin nəticələrinə müsbət təsir göstərə bilər:

170155

“Həm ölkəmizdə keçirilən beynəlxalq tədbirlə əlaqədar yolların müəyyən müddətə bağlanması, həm də qeyri-sabit hava şəraiti ilə bağlı yaranmış fors-major vəziyyətə görə Dövlət İmtahan Mərkəzi magistratura imtahanının ikinci cəhdinin yenidən keçirilməsi barədə qərar verib. Buna əsasən, həm əvvəl iştirak edənlər, həm də iştirak etmək istəyənlər qeydiyyatdan keçərək imtahanda iştirak edə bilərlər.

Sosial şəbəkələrdə daha çox verilən suallardan biri budur: “Biz ikinci cəhddə iştirak etmişiksə, yenidən iştirak etsək, ikinci cəhdin nəticəsi ləğv olunacaqmı?” Xeyr. Burada elə namizədlər ola bilər ki, üç dəfə imtahanda iştirak etsinlər. Birinci cəhd fevral ayında, ikinci cəhd 17 mayda keçirilib, üçüncü cəhd isə 14 iyun tarixində keçiriləcək. Namizədlər bu imtahanlarda iştirak edərək əldə etdikləri nəticələr arasından ən yüksək balı seçə biləcəklər və ixtisas seçimi zamanı həmin nəticə nəzərə alınacaq.

Düşünürəm ki, üç dəfə imtahan vermək namizədlərin nəticələrinə müsbət təsir göstərə bilər. Lakin üçüncü imtahanın çətinlik səviyyəsindən də müəyyən dərəcədə asılılıq ola bilər. Hər halda, ümumilikdə bu yanaşma müsbət nəticə verə bilər".

Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox