Bu il magistraturaya qəbul imtahanlarında iştirakçı sayının artması səbəbindən rəqabətin daha da güclənəcəyi proqnozlaşdırılır.
Magistratura imtahanının ikinci cəhdinə cəmi bir neçə gün qalıb və bakalavrlar üçün ən vacib suallardan biri yenə gündəmdədir: aşağı bal toplamaqla qəbul olmaq mümkündürmü?
AzEdu.az 2025-ci ilin magistratura qəbul nəticələrinə əsaslanaraq universitetlər üzrə daha aşağı keçid balları ilə seçilən ixtisasları təhlil edib.
Aşağıda ali təhsil müəssisələri üzrə ən aşağı keçid balına malik ixtisasların siyahısı təqdim olunur:
Bakı Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında bir sıra proqramlarda 40.0 bal ilə minimum nəticə qeydə alınıb.
Bu ixtisaslar sırasında filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası, hidrogeologiya, mühəndis geologiyası, hidrogeoekologiya, xəritəçilik, torpaq kadastrı, neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı (tədris ingilis dilində), neft-qaz-mədən geologiyası, neft-qaz yataqlarının işlənməsi, istilik elektrik stansiyaları, bərpa olunan enerji mənbələri (tədris ingilis dilində), materialşünaslıq və materiallar texnologiyası, neft-mədən qurğularının hidravlik sistemləri, avadanlıqların bərpası və möhkəmliyinin artırılması, neft-qaz istehsalının maşın və avadanlıqları, neft emalı və kimya istehsalının maşın və avadanlıqları, kompüterli informasiya-ölçmə texnologiyaları (tədris ingilis dilində), süni intellekt (SABAH, tədris ingilis dilində), idarəetmədə informasiya sistemləri (tədris ingilis dilində), iqtisadi informatika (tədris ingilis dilində), neft-kimya sintezinin texnologiyası, polimerlərin kimyəvi texnologiyası, polimerlərin və kompozisiya materiallarının emalı texnologiyası, bərk tullantıların emalı texnologiyası (SABAH, tədris ingilis dilində), keyfiyyətə nəzarət, diaqnostik üsul və sistemlər, faydalı qazıntı yataqlarının işlənməsi və açıq dağ-mədən işi ixtisasları da yer alıb.
Bir pillə yuxarıda 40.5 bal ilə geomatika, 41.0 bal ilə elektroenergetika və neft və kimya sahəsində ətraf mühitin mühafizəsi ixtisasları qeyd olunur. 42.5 bal ilə tətbiqi geodeziya və dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsi ixtisasları yer alır. 43.0 bal ilə torpağın ekoloji monitorinqi və qorunması, 43.5 bal ilə seysmologiya və seysmometriya, neft-qaz istehsalının maşın və avadanlıqları, elektronika və avtomatika və texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi ixtisasları qeyd olunur. Bundan əlavə 44.0 bal ilə yer quruluşu və torpaq müfəttişliyi, fövqəladə hallarda texnoloji proseslərin təhlükəsizliyi və 44.5 bal ilə torpaqşünaslıq ixtisası yer alıb.
Azərbaycan Texniki Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında bir sıra proqramlarda 40.0 bal ilə minimum nəticə qeydə alınıb.
Bu ixtisaslar sırasında elektroenergetika (tədris ingilis dilində), elektrik şəbəkə və sistemləri (tədris ingilis dilində), elektrik təchizatı (sahələr üzrə, tədris ingilis dilində), elektrik aparatları (tədris ingilis dilində), avtomatlaşdırılmış elektrotexnoloji qurğular və sistemlər (tədris ingilis dilində), bərpa olunan enerji mənbələri (tədris ingilis dilində), maşınqayırma materialşünaslığı (tədris alman dilində), qaynaq istehsalı metallurgiyası, texnologiyası və avadanlığı, metalşünaslıq və metalların termiki emalı, metalların təzyiq altında emalı, texnoloji komplekslərin layihələndirilməsi, metallurji tullantıların təkrar emal texnologiyaları, cihazqayırma texnologiyası, yükqaldırıcı maşınlar və avadanlıqlar, metalkəsən dəzgahlar və alətlər, tribotexnika, maşınşünaslıq, maşın və mexanizmlər nəzəriyyəsi, dəmir yolu təsərrüfatı və onun istismarı, lokomotivlər və lokomotiv təsərrüfatı, vaqon və vaqon təsərrüfatı, yol hərəkətinin təşkili və təhlükəsizliyi, avtomobil nəqliyyatının istismarı, avtomobillər, şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili, ifrat yüksək tezlikli texnika və texnologiya, radioelektron mübarizə vasitələri, optik rabitə fizikası və texnikası, elektron və poçt rabitəsi, güc elektronikası, tibbi və texniki diaqnostik üsul və cihazlar, keyfiyyətə nəzarət, diaqnostik üsul və sistemlər, faydalı qazıntıların zənginləşdirilməsi və avtomobil servisinin texnologiyası ixtisasları yer alıb.
Bir pillə yuxarıda 40.5 bal ilə maşınqayırma texnologiyası və logistika və nəqliyyat (SABAH, tədris Azərbaycan dilində) ixtisasları qeyd olunur. 42.0 bal ilə kabel və keçiricilərin fizikası və texnikası, elektrik nəqliyyatı (metropoliten sahəsi üzrə) və sənaye istilik energetikası ixtisasları yer alır. 42.5 bal ilə daxiliyanma mühərrikləri və onların texniki istismarı qeyd olunub. 43.0 bal ilə istilik elektrik stansiyaları, radiorabitə, radioverilişlər və televiziya, radioelektron sistemlər və sənaye elektronikası ixtisasları qeyd olunub. Bundan əlavə 44.0 bal ilə soyuducu maşın və qurğular və nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi, 44.5 bal ilə isə maşınqayırma materialşünaslığı ixtisası yer alıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 30.5 bal ilə vizual dizayn və media ixtisasında qeydə alınıb. Daha sonra 39.0 bal ilə dizayn və texniki estetika ixtisası yer alıb.
40.0 bal ilə bir çox ixtisaslarda minimal nəticə müşahidə olunub. Bu göstərici ilə elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi, inşaat yol maşınları və avadanlıqları, maşınların möhkəmliyi və dinamikası, yol hərəkətinin təşkili və təhlükəsizliyi, idarəetmədə informasiya sistemləri (tədris ingilis dilində), memarlıq abidələrinin bərpası və yenidən qurulması (tədris ingilis dilində), materialşünaslıq və materiallar texnologiyası, kompozisiya materialları, məmulatları və konstruksiyaları, bina və qurğuların mikroiqlimini təmin edən sistemlər, su təchizatı, avtomobil yolları və aerodromların tikintisi, körpülər və nəqliyyat qurğularının tikintisi, dəmir yollarının tikintisi və yol təsərrüfatı, tikinti materialları və konstruksiyalarının texnologiyası, dayanıqlı şəhərsalma və region planlaşdırılması (SABAH, tədris Azərbaycan dilində) və ekologiya mühəndisliyi (tədris ingilis dilində) ixtisasları qeyd olunub.
Daha sonra 41.0 bal ilə memarlıq mühitinin dizaynı, 42.5 bal ilə isə landşaft memarlığı ixtisası gəlib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid ballarının müşahidə olunduğu ixtisaslar arasında musiqi fənninin tədrisi metodikası və metodologiyası 43.0 balla ilk sırada yer alıb. Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası isə 43.5 bal olub.
Bakı Slavyan Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 40.0 bal ilə bir neçə ixtisasda qeydə alınıb. Bu göstərici ilə ibtidai sinifdə tədrisin metodika və metodologiyası, məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası, dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (rus dili) və xarici dilin tədrisi metodikası və metodologiyası (rus dili üzrə) ixtisasları yer alıb. Daha sonra 43.5 bal ilə təhsildə sosial-psixoloji xidmət ixtisası qeyd olunub.
Bakı Mühəndislik Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 37.5 bal ilə dizayn və texniki estetika ixtisasında qeydə alınıb. Daha sonra 40.0 bal ilə bir sıra ixtisaslarda minimal nəticə müşahidə olunub. Bu göstərici ilə tökmə və qaynaq istehsalının maşın və avadanlıqları, maşınların təmir texnologiyası və servisi, maye və qazların nəqli avadanlıqları, tribotexnika, nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi, şəbəkələr, rabitə sistemləri və informasiyanın paylanması, texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi, texniki sistemlərdə informatika və idarəetmə, idarəetmədə informasiya sistemləri (tədris ingilis dilində), bina və qurğuların memarlığı, şəhərsalma, əsas üzvi sintezin kimyası və texnologiyası (tədris ingilis dilində) və ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması (tədris ingilis dilində) ixtisasları yer alıb.
Daha sonra 43.5 bal ilə memarlıq mühitinin dizaynı, 44.0 bal ilə isə qurğular nəzəriyyəsi ixtisası siyahıda qeyd olunub.
Bakı Musiqi Akademiyasında magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 30.0 bal ilə solo oxuma (akademik vokal) və dirijorluq (xor dirijorluğu, opera-simfonik orkestrinin dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu) ixtisaslarında qeydə alınıb.
Daha sonra 38.0 bal ilə bəstəkarlıq, 40.5 bal ilə etnomusiqişünaslıq, 43.0 bal ilə isə musiqi texnologiyaları ixtisası siyahıda qeyd olunub.
Azərbaycan Milli Konservatoriyasında magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 30.0 bal ilə bəstəkarlıq, xanəndəlik, və vokal ifaçılığı (milli) ixtisaslarında qeydə alınıb.
Daha sonra 34.5 bal ilə xalq çalğı alətləri ifaçılığı (tar, kamança, qanun, saz, balaban), 38.5 bal ilə dirijorluq (xalq çalğı alətləri orkestrinin dirijorluğu, xor dirijorluğu), 43.0 bal ilə isə etnomusiqişünaslıq ixtisası siyahıda yer alıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında bir sıra proqramlarda 30.0 bal ilə minimum nəticə qeydə alınıb.
Bu ixtisaslar sırasında instrumental ifaçılıq (fortepiano, violin, viola, gitara, klarnet, saksofon, zərb alətləri), solo oxuma (xanəndəlik), solo oxuma (aşıq sənəti), populyar musiqi və caz ifaçılığı (vokal üzrə), xalq çalğı alətləri ifaçılığı (tar, kamança, qanun, balaban, nağara), aktyor sənəti (musiqili teatr aktyoru), rejissorluq (teatr rejissoru), rejissorluq (televiziya rejissoru), rejissorluq (kino rejissoru), rejissorluq (animasiya rejissoru), operator sənəti (sahələr üzrə), dizayn (geyim dizaynı), dizayn (interyer dizaynı), dizayn (sənaye dizaynı), dizayn (qrafik dizayn), qrafika (animasiya və kompüter qrafikası), dekorativ sənət (bədii xalça), dekorativ sənət (bədii toxuculuq), rəngkarlıq (kino və televiziya rəngkarlığı), rəngkarlıq (teatr-dekorasiya rəngkarlığı) və qrafika (kitab tərtibatı və illüstrasiyası) ixtisasları da yer alıb.
Daha sonra isə 32.5 bal ilə rəngkarlıq (rəngkarlıq əsərlərinin bərpası və ekspertizası) ixtisası qeyd olunub. 35.0 bal ilə rəngkarlıq (dekorativ rəngkarlıq), 36.0 bal ilə aktyor sənəti (dram teatrı və kino aktyoru), 37.0 bal ilə teatr tarixi və nəzəriyyəsi ixtisasları yer alır. 38.5 bal ilə kino tarixi və nəzəriyyəsi və aktyor ifaçılığının tarixi və nəzəriyyəsi qeyd olunub. 39.5 bal ilə musiqi tənqidi, 40.0 bal ilə kinooperator sənətinin tarixi və nəzəriyyəsi və rəngkarlıq (dəzgah rəngkarlığı) ixtisasları yer alıb. Bundan əlavə 40.5 bal ilə teatr tənqidi, 41.0 bal ilə ssenarist və etnomusiqişünaslıq, 41.5 bal ilə rejissor sənətinin tarixi və nəzəriyyəsi, 43.5 bal ilə turizm və sosial-mədəni servis xidməti (tədris ingilis dilində), 44.0 bal ilə turizmin bələdçisi və 44.5 bal ilə mədəniyyətin tarixi ixtisası qeyd olunub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 30.0 bal ilə bir sıra ixtisaslarda qeydə alınıb. Bu göstərici ilə rəngkarlığın tarixi və nəzəriyyəsi, qrafika sənətinin tarixi və nəzəriyyəsi, heykəltəraşlığın tarixi və nəzəriyyəsi, dizayn sənətinin tarixi və nəzəriyyəsi, dizayn (sənaye və qrafik dizaynı, geyim dizaynı, interyer dizaynı üzrə) və qrafika (dəzgah qrafikası, kitab tərtibatı və illüstrasiyası, plakat üzrə) ixtisasları yer alıb.
Daha sonra 32.0 bal ilə dekorativ sənət (bədii xalça, bədii toxuculuq, bədii keramika və şüşə, bədii metal üzrə) ixtisası qeyd olunub. 40.0 bal ilə memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası siyahıda daha yüksək göstərici ilə yer alıb. 40.5 bal ilə dekorativ tətbiqi sənətin tarixi və nəzəriyyəsi və heykəltəraşlıq ixtisasları qeyd olunub.
Azərbaycan Turizm və Menecment Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 40.0 bal ilə bir neçə ixtisasda qeydə alınıb. Bu göstərici ilə turizm işi (tədris ingilis dilində), otelçilik, və beynəlxalq turizm və ölkəşünaslıq (tədris ingilis dilində) ixtisasları yer alıb.
Daha sonra 40.5 bal ilə otelçilik i42.0 bal ilə beynəlxalq turizm və ölkəşünaslıq 44.5 bal ilə turizm işi ixtisası siyahıda yer alıb.
Milli Aviasiya Akademiyasında magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 40.0 bal ilə bir neçə ixtisasda qeydə alınıb. Bu göstərici ilə nəqliyyat logistikası, dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə, hava nəqliyyatı hərəkətinin idarə olunması (tədris Azərbaycan dilində) və hava gəmilərinin uçuş istismarı (tədris Azərbaycan dilində) ixtisasları yer alıb.
Daha sonra 43.0 bal ilə hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi ixtisası qeyd olunub.
Azərbaycan Dövlət Dəniz Akademiyasında magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 40.0 bal ilə əyani təhsil forması üzrə gəmi energetik qurğuları və onların istismarı və gəmilərin hərəkətinin idarə edilməsi ixtisaslarında qeydə alınıb.
Daha sonra 43.5 bal ilə isə qiyabi təhsil forması üzrə gəmilərin hərəkətinin idarə edilməsi ixtisası siyahıda qeyd olunub.
Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında bir sıra proqramlarda 30.0 bal ilə minimum nəticə qeydə alınıb.
Bu ixtisaslar sırasında torpaqşünaslıq, parazitologiya və invazion xəstəliklər, baytarlıq cərrahiyyəsi və xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası ixtisasları siyahıda yer alıb.
Daha sonra 30.5 bal ilə vokal ifaçılığının tarixi və nəzəriyyəsi qeyd olunub. 34.0 bal ilə aktyor ifaçılığının tarixi və nəzəriyyəsi, 35.0 bal ilə musiqi tənqidi, 37.0 bal ilə instrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası (musiqi alətləri üzrə) ixtisasları siyahıdadır. 40.0 bal ilə memarlıq abidələrinin bərpası və yenidən qurulması, texnologiya fənninin tədrisi metodikası və metodologiyası, musiqi fənninin tədrisi metodikası və metodologiyası və təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası qeyd olunub. Bundan əlavə 41.0 bal ilə toksikoloji kimya, 41.5 bal ilə meliorasiya-mühəndis sistemləri tikintisi və istismarı, 43.5 bal ilə isə fiziki tərbiyə nəzəriyyəsi və metodikası ixtisası siyahıdadır.
Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası 41.0 balla yer alıb. Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə keçid balı 41.5 olub. Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasında isə keçid balı 43.5 bal olub.
Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə şəhəri) magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında bir sıra proqramlarda 30.0 bal ilə minimum nəticə qeydə alınıb.
Bu ixtisaslar sırasında aqrar istehsalatın avtomatlaşdırılması vasitələrinin istismarı, təmiri və servis xidməti, heyvandarlığın mexanikləşdirilməsində texnoloji proseslər və aparatlar, aqrar istehsalatın texniki təminatı, meşə əkinləri, qoyunçuluq, quşçuluq, epizootologiya və infeksion xəstəliklər, parazitologiya və invazion xəstəliklər, yoluxmayan daxili xəstəliklər və mamalıq, ginekologiya və süni mayalanma ixtisasları siyahıdadır.
Bir pillə yuxarıda 31.0 bal ilə aqrar istehsalatın mexanikləşdirilməsi vasitələrinin istismarı, təmiri və servis xidməti və maldarlıq qeyd olunub. 32.0 bal ilə meşə quruluşu və baytarlıq əczaçılığı, 33.5 bal ilə balıqçılıq təsərrüfatı işi və su bioehtiyatları, 34.0 bal ilə bitkilərin toxumçuluğu, 34.5 bal ilə akvabitkilər, 35.0 bal ilə üzümçülük, 35.5 bal ilə ekoloji kənd təsərrüfatı, 36.5 bal ilə meyvəçilik, 37.0 bal ilə aqrar istehsalatın mexanikləşdirilməsi, 38.0 bal ilə bitkilərin seleksiyası, 39.0 bal ilə bitkiçilik ixtisasları siyahıdadır.
40.0 bal ilə elektrik şəbəkə və sistemləri, avtomatlaşdırılmış elektrotexnoloji qurğular və sistemlər, şərabçılıq və qıcqırtma istehsalının texnologiyası, baytarlıq cərrahiyyəsi və farmakoqnoziya qeyd olunub. 40.5 bal ilə torpaq kadastrı və bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası, 41.0 bal ilə torpaqşünaslıq, 41.5 bal ilə meliorasiya-mühəndis sistemləri tikintisi və istismarı və bitkilərin mühafizəsi, 42.0 bal ilə torpağın aqroekoloji qiymətləndirilməsi və tiplərə ayrılması və ipəkçilik ixtisasları siyahıdadır.
Bundan əlavə 43.0 bal ilə bitki anatomiyası və morfologiyası, 43.5 bal ilə elektroenergetika və ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, 44.0 bal ilə isə yer quruluşu və torpaq müfəttişliyi ixtisası qeyd olunub.
Gəncə Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında 40.0 bal ilə fizika fənninin tədrisi metodikası və metodologiyası və xarici dilin tədrisi metodikası və metodologiyası (alman dili) ixtisasları siyahıdadır.
Bir pillə yuxarıda 41.5 bal ilə musiqi fənninin tədrisi metodikası və metodologiyası və xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili) qeyd olunub. 42.0 bal ilə texnologiya fənninin tədrisi metodikası və metodologiyası və kimya fənninin tədrisi metodikası və metodologiyası, 42.5 bal ilə coğrafiya fənninin tədrisi metodikası və metodologiyası və xarici dilin tədrisi metodikası və metodologiyası (rus dili), 43.0 bal ilə məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası və biologiya fənninin tədrisi metodikası və metodologiyası, 43.5 bal ilə ibtidai sinifdə tədrisin metodika və metodologiyası və xarici dilin tədrisi metodikası və metodologiyası (fransız dili) ixtisasları siyahıdadır.
44.0 bal ilə otelçilik qeyd olunub. 44.5 bal ilə təbii ehtiyatların qorunması və təkrar emalı, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası və fiziki tərbiyə nəzəriyyəsi və metodikası ixtisasları siyahıdadır.
Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 40.0 bal ilə bir sıra ixtisaslarda qeydə alınıb. Bu göstərici ilə əlvan və nadir metalların metallurgiyası, dəmir yolu təsərrüfatı və onun istismarı, vaqon və vaqon təsərrüfatı, nəqliyyat logistikası (o cümlədən ingilis dilində olan proqram), nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi, rabitə qovşaqları və kommutasiya sistemləri, texniki sistemlərdə informatika və idarəetmə, konservləşdirmə texnologiyası, gömrük ekspertizası (sahələr üzrə), dizayn və texniki estetika və tikiş məmulatlarının texnologiyası ixtisasları yer alıb.
Daha sonra 42.5 bal ilə turizm və sosial-mədəni servis xidməti ixtisası qeyd olunub. 43.0 bal ilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması ixtisası daha yüksək göstərici ilə siyahıda yer alıb. 43.5 bal ilə iaşə məhsullarının texnologiyası və iaşənin təşkili, 44.0 bal ilə qeyri-qida məhsullarının ekspertizası və marketinqi, 44.5 bal ilə isə polimerlərin kimyəvi texnologiyası ixtisası qeyd olunub.
Sumqayıt Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında elektroenergetika, elektrik şəbəkə və sistemləri, elektrik təchizatı (sahələr üzrə), sənaye qurğuları və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı, yüksək gərginliklər texnikası və fizikası, elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi, nəqliyyat logistikası və texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması ixtisasları 40.0 balla yer alıb.
Daha sonra kimya fənninin tədrisi metodikası və metodologiyası ixtisası 44.0 balla siyahıda yer alıb.
Mingəçevir Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında 40.0 bal ilə elektroenergetika, yol hərəkətinin təşkili və təhlükəsizliyi və xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə) ixtisasları siyahıdadır.
Daha sonra 40.5 bal ilə məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası, 41.0 bal ilə ibtidai sinifdə tədrisin metodika və metodologiyası qeyd olunur. 43.0 bal ilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, 43.5 bal ilə riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisasları siyahıdadır.
Bundan əlavə 44.0 bal ilə informasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası və tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisasları qeyd olunub.
Lənkəran Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında meşə quruluşu və mamalıq, ginekologiya və süni mayalanma ixtisasları 30.0 balla yer alıb.
Daha sonra 35.0 bal ilə meyvəçilik, 39.0 bal ilə bitki anatomiyası və morfologiyası ixtisası qeyd olunub. 40.0 bal ilə informasiya texnologiyaları və telekommunikasiya sistemləri, qida təhlükəsizliyi, otelçilik, texnologiya fənninin tədrisi metodikası və metodologiyası, məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası, fizika fənninin tədrisi metodikası və metodologiyası, kimya fənninin tədrisi metodikası və metodologiyası, biologiya fənninin tədrisi metodikası və metodologiyası, coğrafiya fənninin tədrisi metodikası və metodologiyası və təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisasları siyahıdadır.
40.5 bal ilə ibtidai sinifdə tədrisin metodika və metodologiyası və xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili) qeyd olunub. 42.0 bal ilə aqrokimya, muzeyşünaslıq və tarix fənninin tədrisi metodikası və metodologiyası, 43.0 bal ilə sosial-mədəni sahələrdə xidmətlərin təşkili ixtisası siyahıdadır. 43.5 bal ilə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, 44.0 bal ilə isə informasiya texnologiyaları və telekommunikasiya sistemləri və 44.5 bal ilə pedaqogika nəzəriyyəsi və tarixi ixtisası qeyd olunub.
Azərbaycan Kooperasiya Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balının müşahidə olunduğu ixtisaslar arasında 40.5 bal ilə konserv və qida konsentratlarının texnologiyası ixtisası siyahıdadır.
Daha sonra 42.5 bal ilə şərabçılıq və qıcqırtma istehsalının texnologiyası və otelçilik ixtisasları qeyd olunub. 44.0 bal ilə otelçilik ixtisası, 44.5 bal ilə isə turizm işi, əhalinin sosial müdafiəsi və əhalinin əmək və həyat şəraitinin yaxşılaşdırılması ixtisasları siyahıdadır.
Qərbi Kaspi Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 30.0 bal ilə dizayn və texniki estetika ixtisasında qeydə alınıb.
Bir pillə yuxarıda 40.0 bal ilə kompüter mühəndisliyi (tədris ingilis dilində) və beynəlxalq turizm və ölkəşünaslıq (tədris ingilis dilində) qeyd olunub. 41.0 bal ilə səyahət agentliyi və turoperator ixtisası, 44.5 bal ilə isə beynəlxalq turizm və ölkəşünaslıq ixtisası siyahıdadır.
Xəzər Universitetində magistratura səviyyəsi üzrə ən aşağı keçid balı 40.0 bal ilə elektron cihazlar və qurğular (tədris ingilis dilində), elektronika və avtomatika (tədris ingilis dilində) və kompüter mühəndisliyi (tədris ingilis dilində) ixtisaslarında qeydə alınıb.