Azedu.az

Magistraturanın II cəhdinə qatılacaq namizədlərə MÜRACİƏT

Magistratura

8 May 2026, 10:31
Magistraturanın II cəhdinə qatılacaq namizədlərə MÜRACİƏT

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə,  Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 17 may 2026-cı il tarixində keçiriləcək.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün bu linkə daxil olmalıdırlar. Onlar həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

Ukrayna dağıdıcı silahları işə saldı - Rusiya əraziləri BOMBALANIR!
Son xəbərlərDaha çox