Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-14 16:58:00
Gənc müəllimlərə müjdə - Yaponiyada təqaüdlə oxuya biləcəksiniz

Gənc müəllimlər üçün Yaponiyada təqaüd proqramı elan olunub.

AzEdu.az xəbər verir ki, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei) elan edib.

Təqaüd proqramında ingilis və ya yapon dilllərini yaxşı bilən, ümumtəhsil məktəbində ən azı 5 il çalışan 35 yaşa qədər gənc müəllimlər iştirak edə bilərlər.

Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat aparmaq istəyən gənc müəllimlər üçün Yaponiyanın müxtəlif universitetlərində 1-1.5 illik təqaüdlə təhsil almaq imkanı verir. Təlim kursu ümumillikdə 1 ildavamedir, kursa başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlərdə var. Həmin kurslarda iştirak edən müəllimlərin təqaüd müddəti 1.5 il davam edir.

Qeyd edək ki, aylıq təqaüd, ikitərəfli aviabilet, təhsil haqqı xərcləri Yaponiya hökuməti tərəfindən qarşılanacaq.