Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-14 10:11:34
Dünyanın ilk kosmik dövlətini yaradan azərbaycanlı alim – Rafiq Əliyevin aspirantı  

AzEdu.az gələcəkdə dünya elm tarixinı düşəcək Azərbaycanlı alim İqorAşurbəyli barəsində yazını təqdim edir:

DOSYE -Aşurbəyliİqor Rauf oğlu 1963-cü il sentyabr  9-da Bakıda dünyaya gəlib. 1985-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitunu bitirdikdən sonra Qazın Emalı ETİ-da işləməyə başlayıb. 

1988-ci ildə Bakıda kompüter bilikləri tədrisi fəaliyyəti ilə məşğul olan “Sosium” adlı kiçik müəssisə yaradan gənc mütəxəssis, 1990-cı ildə  Moskva şəhərində analoji müəssisənin təməlini qoyur. 

1991-ci ildə “Sosium”, “Almaz” EİB və bir neçə digər müəssisə birləşdirilir və “Beynəlxalq İnformasiya və Telekommunikasiya” Açıq Səhmdar Cəmiyyəti yaradılır. İnformasiya və telekommunikasiya məhsullarının istehsalı və satışı ilə məşğul olan cəmiyyətin sədri vəzifəsinə İqorAşurbəyli seçilir.

 

1994-cü ildə “Almaz” Elmi İstehsal birliyində iş üçün dəvət alan Aşurbəyli burada maliyyə direktoru, baş direktorun birinci müavini və direktorlar şurasının sədri vəzifələrində işləyir. 2000-2011-ci illərdə “Almaz” EİB-in Baş direktoru vəzifəsini icra edir. Onun rəhbərliyi ilə RF Silahlı qüvvələrinin arsenalına daxil edilən C-300  “Favorit” raket sisteminin yeni modifikasiyaları, C-400 “Triumf” zenit raket sisteminin layihəsi işlənib hazırlanıb. 

RF hökumətinin təsdiqlədiyi beşinci nəsil hava hücumundan müdafiə sisteminin əsasını məhz Aşurbəylinin müəllifi olduğu konsepsiya təşkil edir. Bu konsepsiya üzərində hazırlanan C-500 “Triumf” yeni model Zenit raket sisteminin layihəsi 2010-cu ildə tamamlanmışdı.

 

“Rusiya hava-kosmik müdafiəsinin vahid sistemi”nin yaradılması konsepsiyası məhz Aşurbəyliyə məxsusdur. 2011-ci ildən bugünəcənİqorAşurbəyli şəxsi təşəbbüsü ilə yaradılan “Kosmik-hava müdafəsininidarədənknənarekspet şurası” rəyasət heyətinin sədridir. 

Texnika elmləri doktoru İqorAşurbəyli 100-dən çox elmi işin, o cümlədən ensiklopediya və 3 monoqrafiyanın müəllifidir. O, Proxorov adına Mühəndis Elmləri Akademiyasının və RF Hərbi Elmlər Akademiyasının həqiqi üzvü, Moskvada nəşr olunan “Voenno-promışlennıy kuryer” qəzetinin redaksiya heyətinin sədri, Londonda nəşr edilən “Room” Beynəlxalq kosmik jurnalın Baş redaktorudur.

 

Azərbaycanlı alim RF-nın “Şərəf” ordeni kavaleri, onlarla digər yüksək titullu mükafatların sahibidir.

Rafiq Əliyevin tələbəsi

İqorAşurbəyli dünya çapında tanınan azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub.

Professor Rafiq Əliyev bir neçə il öncə bu sətirlərin müəllifinə Aşurbəylinin məhz onun laboratoriyasında yetişdiyini bildirib:

“O bütünlüklə Azərbaycana məxsus alimdi. Mənim aspirantım olub və müdafiə edərkən də elmi rəhbəri mən olmuşam. Onu ruslaşdırmaq yox, Azərbaycanlaşdırmaq lazımdı. Bu saat da Aşurbəylininavtorefereatı məndə var. Avtoreferat 1992-ci 30 aprel tarixində hazırlanıb. “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri”  mövzusunu  əhatə edir. 

Mürəkkəb rəqəmsal idarəetmə sistemlərinin davamlılığınınartırılmasında başlıca istiqamət demərkəzləşdirilmiş sistemlərin lokal hesablama şəbəkələri əsasında yaradılmasıdır. Bu cür yanaşma idarəetmə sistemlərində sıradan çıxmış elementlərin funksiyalarının yenidən paylanmasına imkan verir. Bu işdə davamlı demərkəzləşdirilmiş idarəetmə sistemlərinin yaradılma prinsipləri və sintez üsulları işlənmişdir. Əsas elmi nəticələr bunlardır: rəqəmsaldemərkəzləşdirilmiş idarəetmə sistemlərinin dairəvi topologiyaya əsaslanan lokal hesablama şəbəkələri əsasında arxitekturasının təklif olunması; sıradan çıxmış elementlərin funksiyasının yenidən paylanması məsələsini əhatə edən davamlı idarəetmə sisteminin sintezi məsələsi qoyulmuş və həll olunmuşdur; demərkəzləşdirilmiş idarəetmə sisteminin davamlılığını təmin edən alqoritm təklif olunmuşdur. Bu üsul tədricən deqradasiyaya (pozulmaya) uğrayan sistemlər üçündür. Bu nəzəri müddəalar müxtəlif mürəkkəb texniki sistemlərdə istifadə oluna bilər”.

Qeyd edək ki, S-300 raketlərinin tətbiqində istifadə olunan bu məntiqin özü də Rafiq Əliyevdən qaynaqlanıb. Belə ki, hələ 1986-87–ci illərdə rus kosmik aparatlarının idarəolunması üçün təklif olunan 13 məntiq nəzəriyyəsindən yalnız Rafiq Əliyevin ALİ-1, ALİ-3 məntiqi əsas götürülüb. Sonradan rus kosmik fəzasının lideri səviyyəsinə qalxacaq İqorAşurbəylinin də nəzəriyyələr sisteminə məhz, bilavasitə ALİ-1, ALİ-3  məntiqləri təsir edib. Bu fakt rus kosmik fəzasının məhz, Azərbaycan elminin uğurları nəticəsində idarə olunmasını göstərir.

Haqqında danışılanın avtoreferatı

İlk kosmik ölkənin rəhbəri

Sputnik Azərbaycanda yayımlanan bir məqalədən: “Azərbaycan əsilli alim İqorAşurbəyli dünyanın ilk kosmik ölkəsi olan "Asgardia"nın baş naziri seçilib. And içərək fəaliyyət başlayan İqorAşurbəyli bildirib ki, ilk hədəfi beş il içində bütün dünyaya internet yayımı edən peykləri yerləşdirmək olacaq. 

Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə çıxış edən Aşurbəyli bu hadisənin tarix kitablarına düşəcəyini deyib. O, həmçinin bütün nazirliklər və hökumət qurumlarının formalaşdırıldığını da bəyan edib.

Yeni baş nazir, həmçinin 10-15 il içərisində kosmosa səyahət etmək üçün gəmilər hazırlamaq niyyətində olduqlarını, 25 il sonra isə Ayda yaşam üçün bir koloniya qurmağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, İgorAşurbəylinin yaratdığı "Asgardia"nın adı Skandinaviya mifologiyasından götürülüb. Kosmik ölkə 12 oktyabr 2016-cı ildə Parisdə təqdim olunub. Onun hazırda 200-dən çox "vətəndaşı" var. BMT-dəyə üzv olmağı hədəfləyən "Asgardia" öz bayrağını və himnini də yaradıb.