Azedu.az

Fevralın 15-i magistratura üzrə imtahan keçiriləcək

Magistratura

7 Fevral 2026, 12:37
Fevralın 15-i magistratura üzrə imtahan keçiriləcək

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı (I cəhd) 15 fevral 2026-cı il tarixində keçiriləcək.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox