XƏBƏRLƏR

26.01.2020 10:57
Beş və altıgünlük məktəblərdə dərslər nə vaxt başlanacaq? - Qış tətili

Ümumtəhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili günləri açıqlanıb. Beş günlük qış tətili yanvar ayının 27-dən 31-ə qədər davam edəcək.

Çoxlarını maraqlandıran məqam isə beş və altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərin nə vaxt başlayacağı ilə bağlıdır. 

AzEdu.az xəbər verir ki, beş günlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti yanvarın 25-dən fevralın 2-ə qədər davam etməklə doqquz gün təşkil edəcək.

Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-dən, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-dən rəsmi dərs günü hesab edilir. 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları