XƏBƏRLƏR

18.11.2019 13:21
İranda məktəblər aksiyalara görə bağlanıb  

İranın Fars əyalətinin Şiraz şəhərində bütün məktəb və universitetlər bağlanıb.

AzEdu.az xəbər verir ki, məktəb və universitetlətin bağlanması İranda benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda məktəbli və tələbələrin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Bundan başqa, İranın əksər əyalətində məktəblər yağış, qar və hava çirklənməsi səbəbindən fəaliyyətini dayandırıb. Bəzi əyalətlərdə isə dərs saatları təxirə salınıb.

Məlumata əsasən, Buşehr əyalətində güclü yağışlar, Çahar-Mahal və Bəxtiyari, Mərkəzi, İsfahan, Kohgiluyə və Buyir-Əhməd, Əlborz vilayətlərində qar və şaxta, Xuzistan vilayətində hava çirklənməsi nəticəsində bir sıra məktəblər fəaliyyətini dayandırıb.(apa.az)

İlin gənc müəllimi-Müraciət formu