Azedu.az

MİQ iştirakçısı 69 bal topladı: "Arzum Lerikdə fəaliyyət göstərməkdir"

MİQ

14 İyul 2026, 13:33
MİQ iştirakçısı 69 bal topladı: "Arzum Lerikdə fəaliyyət göstərməkdir"

"Suallar rahat idi, sadəcə vaxt bölgüsündə çətinlik yaşadım".

Bu sözləri MİQ imtahanında 69 bal toplayan namizəd Elmir Quluzadə AzEdu.az-a açıqlamasında bildirib.

"2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirmişəm. 

Hazırda həmin universitetdə magistratura pilləsinin I kursunda təhsil alıram. MİQ imtahanından 69 bal topladım. Düşünürəm ki, suallar ümumilikdə rahat idi və namizədlərdə vahimə yaradacaq qədər çətin deyildi.

Sadəcə, vaxt bölgüsünü düzgün planlaşdıra bilmədiyim üçün gözlədiyimdən bir qədər aşağı nəticə əldə etdim. Buna baxmayaraq, topladığım bal mənim üçün qənaətbəxşdir.

Əslən Lerik rayonundanam. Vakansiya seçimində də üstünlüyü doğma rayonuma verəcəyəm. Arzum müəllim kimi Lerikdə fəaliyyət göstərmək və qazandığım bilikləri şagirdlərlə bölüşməkdir".

TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr
Son xəbərlərDaha çox