Azedu.az

İlk dəfə MİQ-ə qatıldı, yüksək bal TOPLADI

MİQ

14 İyul 2026, 13:55
İlk dəfə MİQ-ə qatıldı, yüksək bal TOPLADI

"İlk dəfə iştirak etdim, 84,25 bal topladım və bu nəticə zəhmətimin bəhrəsidir".

Bu sözləri MİQ imtahanında 84,25 bal toplayan namizəd Səbinə Abdurahmanova AzEdu.az-a açıqlamasında bildirib.

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin informatika və riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr məzunuyam. Magistr təhsilim yoxdur.

Hazırda dövlət məktəbində müəllim kimi fəaliyyət göstərməsəm də, özəl tədris mərkəzlərində çalışıram. Bu, MİQ imtahanında ilk iştirakım idi.

İmtahandan 84,25 bal topladım. Bu nəticəni uzunmüddətli hazırlığımın, gərgin əməyimin və əzmkarlığımın nəticəsi kimi qiymətləndirirəm. 

Əslində, özümdən yüksək nəticə gözləyirdim və bu bala inanırdım. Gələcək fəaliyyətimi Bakı şəhərində davam etdirməyi düşünürəm.

MİQ imtahanına hazırlaşan namizədlərə tövsiyəm odur ki, müntəzəm və planlı şəkildə çalışsınlar. Uğur qazanmaq üçün hər bir mövzu üzərində ayrıca işləmək, daim öz üzərində inkişaf etmək vacibdir".

TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr
Son xəbərlərDaha çox