Azedu.az

Kollec məzunu MİQ imtahanında 95 bal TOPLADI - "Xüsusi hazırlığa getməmişəm"

MİQ

14 İyul 2026, 17:53
Kollec məzunu MİQ imtahanında 95 bal TOPLADI - "Xüsusi hazırlığa getməmişəm"

"95 bal topladım, imtahan boyu heç bir çətinlik çəkmədim".

Bu sözləri MİQ imtahanında 95 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Könül Nurmətova AzEdu.az-a açıqlamasında bildirib.

"2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirmişəm. Bu, MİQ imtahanında ilk iştirakım deyil. Artıq bir neçə ildir ki, müsabiqədə iştirak edirəm və bu dəfə 95 bal topladım. Nəticəmə görə çox sevincliyəm. İmtahan zamanı sualları ardıcıllıqla cavablandırdım. Heç bir sualda ciddi çətinlik yaşamadım.

Əvvəlki iştiraklarım sayəsində həyəcanımı idarə edə bildim. İmtahanın təşkili də kifayət qədər şəffaf idi. Hazırlıq prosesində repetitor dəstəyi almamışam. İndiyədək yeddi il müqavilə əsasında çalışmışam. Əvvəllər Bakı şəhərinin Yasamal rayonundakı məktəblərdə müəllim kimi fəaliyyət göstərmişəm. Vakansiya seçimində də yenidən Bakı məktəblərinə üstünlük verməyi planlaşdırıram.

Açığı, 90 baldan yuxarı nəticə gözləyirdim, amma 95 bal toplayacağımı düşünmürdüm. Sualları cavablandırdıqca yüksək nəticə əldə edəcəyimə əmin oldum və bunu görəndə çox sevindim.

Hesab edirəm ki, müəllimlərin MİQ vasitəsilə işə qəbulu çox düzgün və şəffaf mexanizmdir. Bu sistem məktəblərə savadlı müəllimlərin gəlməsinə şərait yaradır, eyni zamanda bütün namizədlər üçün ədalətli rəqabət mühiti formalaşdırır. Məncə, müəllimlərin işə qəbulunda ən doğru yanaşma məhz MİQ sistemidir".

İlham Əliyevin çıxışına Rusiyadan reaksiya - Kreml narazı qaldı
Son xəbərlərDaha çox