Azedu.az

Daha bir namizəd MİQ də 95 bal TOPLAYIB

MİQ

14 İyul 2026, 17:54
Daha bir namizəd MİQ də 95 bal TOPLAYIB

"2023-cü ildə 77 bal toplamışdım, bu il nəticəmi 95 bala yüksəltdim".

Bu sözləri MİQ imtahanında 95 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Həlimə Əkbərli AzEdu.az-a açıqlamasında bildirib.

"2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirmişəm. Magistr təhsilim yoxdur. Bu, MİQ imtahanında ilk iştirakım deyil. 2023-cü ildə MİQ müsabiqəsində 77 bal toplamışdım və müddətli əmək müqaviləsi ilə bir il müəllim kimi fəaliyyət göstərdim. Bu il isə nəticəmi 95 bala yüksəltdim və buna görə çox sevinirəm.
İmtahan sualları ümumilikdə asan, orta və çətin səviyyədə hazırlanmışdı. Mənim fikrimcə, yaxşı hazırlaşan namizədlər üçün cavablandırılması rahat idi. 

Həm ixtisas, həm də kurikulum suallarında ciddi çətinlik çəkmədim. Düşünürəm ki, bunun əsas səbəbi uzun müddət planlı şəkildə hazırlaşmağım olub.Vakansiya seçimində Bakı şəhərində fəaliyyət göstərmək istəyirəm. Burada yaşadığım üçün seçimimi də Bakı məktəbləri üzərində quracağam.

Hesab edirəm ki, müəllimlərin MİQ vasitəsilə işə qəbulu daha şəffaf və ədalətli mexanizmdir. Bu sistem müəllimlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirir və məktəblərə daha hazırlıqlı müəllimlərin cəlb olunmasına imkan yaradır".

İlham Əliyevin çıxışına Rusiyadan reaksiya - Kreml narazı qaldı
Son xəbərlərDaha çox