Azedu.az

Hər iki qolunu itirdi, amma mühəndis oldu

Maraqlı

14 İyul 2026, 10:05
Hər iki qolunu itirdi, amma mühəndis oldu

Türkiyənin Iğdır vilayətində uşaq yaşlarında baş verən bədbəxt hadisə nəticəsində hər iki qolunu itirən Yusuf Akgün təhsilini yarımçıq qoymayaraq mühəndislik və dizayn sahəsində uğurlu karyera qurub.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət himayəsində böyüyən Akgün gündəlik həyatını müstəqil davam etdirməyi öyrəndikdən sonra təhsilini bərpa edib.

Məktəb illərində qələmi ağzı ilə tutaraq yazmağı və rəsm çəkməyi öyrənən Akgün müxtəlif rəsm müsabiqələrində uğurlar qazanıb. O, 1998-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin təşkil etdiyi rəsm müsabiqəsinin qalibi olub.

Bununla yanaşı, üzgüçülük və atletika ilə məşğul olan Akgün regional və Türkiyə çempionatlarında mükafatlar qazanıb, 2005-ci ildə isə dünya beşincisi olub.

Ali təhsilini Ankarada mühəndislik və dizayn sahəsində başa vuran Yusuf Akgün daha sonra magistratura təhsilinə başlayıb. Hazırda dövlət qulluqçusu kimi fəaliyyət göstərən Akgün eyni zamanda Türkiyənin müdafiə sənayesi layihələrində dizayn işləri həyata keçirir.

O, milli döyüş təyyarəsi KAAN, həmçinin ROKETSAN tərəfindən hazırlanan Atmaca və Cirit raketlərinin vizual modelçisi kimi çalışır.

Yusuf Akgün bildirib ki, təhsilini davam etdirmək, incəsənət və idmanla məşğul olmaq həyatında dönüş nöqtəsi olub. Onun sözlərinə görə, əzmkarlıq və davamlı çalışma sayəsində bu gün ölkəsinin müdafiə sənayesinə töhfə vermək imkanı qazanıb.

Prezidentdən Rusiya barədə gözlənilməz çıxış - Sözləri zalı güldürdü
Son xəbərlərDaha çox