Azedu.az

Ötən il təyinatdan imtina etdi, bu il Bakıda işləmək istəyir - MİQ-də yüksək BAL

MİQ

14 İyul 2026, 12:24
Ötən il təyinatdan imtina etdi, bu il Bakıda işləmək istəyir - MİQ-də yüksək BAL

"İmtahan nə çox asan, nə də çox çətin keçdi, yaxşı hazırlaşanlar daha yüksək bal toplaya bilər".

Bu sözləri MİQ-də informatika fənni üzrə imtahandan 70.25 bal toplayan Məsmə Xasməmmədli AzEdu.az-a açıqlamasında bildirib.

"Qazax rayonundan gəlmişəm. Bakı Dövlət Universitetinin Qazax filialını riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə bitirmişəm. Hazırda müəllim kimi fəaliyyət göstərmirəm, magistr təhsilim də yoxdur.

Bu il MİQ imtahanında informatika fənni üzrə iştirak etdim və 70.25 bal topladım. Bu nəticə ilə Bakı istiqamətində yerləşəcəyimə ümid edirəm. İmtahan sualları mənim fikrimcə orta səviyyədə idi. 

Nə çox asan idi, nə də həddindən artıq çətin. Həm ixtisas, həm də kurikulum sualları normal hazırlanmışdı. Əlbəttə, hər kəsin hazırlıq səviyyəsi fərqlidir. Yaxşı hazırlaşan namizədlər daha yüksək nəticə əldə edə bilərdilər.

Bu, MİQ-də ikinci iştirakımdır. Ötən il 54 bal toplamışdım və vakansiya seçimi zamanı rayonlardan birinə yerləşdirilmişdim. Lakin həmin yerdə işləmək istəmədiyim üçün imtina etdim. Bu ilki nəticəmdən razıyam və ümid edirəm ki, istədiyim məktəbdə müəllim kimi fəaliyyətə başlayacağam. Bütün imtahan iştirakçılarına da uğurlar arzulayıram".

TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr
Son xəbərlərDaha çox