Azedu.az

MİQ-də ilk cəhddə 60 bal topladı - Hədəfi Bakı məktəbləridir

MİQ

14 İyul 2026, 12:40
MİQ-də ilk cəhddə 60 bal topladı - Hədəfi Bakı məktəbləridir

"İlk iştirakım idi, 60 bal topladım və nəticəmi normal hesab edirəm".

Bu sözləri MİQ imtahanında iştirak edən namizəd Firuzə Məmmədova AzEdu.az-a açıqlamasında bildirib.

"Mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsiyəm və ixtisasım informatika müəllimliyidir.
Bu, MİQ imtahanında ilk iştirakım idi. İmtahandan 60 bal topladım və ilk dəfə iştirak etdiyim üçün nəticəmi normal hesab edirəm.

Suallar ümumilikdə orta səviyyədə idi. Hazırlığı olan namizədlər üçün cavablandırılması mümkün idi.

Vakansiya seçimində üstünlüyü Bakı şəhərindəki məktəblərə verməyi düşünürəm. Ümid edirəm ki, nəticəm uğurlu olacaq və müəllim kimi fəaliyyətə başlamaq imkanını əldə edəcəyəm".

Paşinyan Putinin üzünə qayıtdı: 5 min rus əsgəri bizə lazım deyil!
Son xəbərlərDaha çox