Azedu.az

Lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti uzadılıb

Paytaxt təhsili

14 İyul 2026, 09:51
Lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti uzadılıb

Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda oxumaq istəyən məktəblilərin müraciət müddəti uzadılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, müraciət müddəti 1 gün uzadılıb. Namizədlər 15 iyul saat 12:00-dək müraciət edə bilərlər.

Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun şəkildə yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan ediləcək. Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesinə başlanılacaq.

Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi xarakter daşımır. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.

Prezidentdən Rusiya barədə gözlənilməz çıxış - Sözləri zalı güldürdü
Son xəbərlərDaha çox