Azedu.az

Şagirdlər beynəlxalq qiymətləndirmələrə cəlb olunub

Paytaxt təhsili

22 İyun 2026, 12:47
Şagirdlər beynəlxalq qiymətləndirmələrə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 108 ümumi təhsil müəssisəsində PİSA, PIRLS və TİMSS beynəlxalq qiymətləndirmələrində iştirakla bağlı müvafiq hazırlıq və nəzarət tədbirləri həyata keçirilib.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

4982 şagird hazırlıq tədbirləri çərçivəsində qiymətləndirmələrə cəlb olunub.

Azərbaycan bu qiymətləndirmə dövründə ilk dəfə ePIRLS komponentində iştirak edib. Tədqiqat çərçivəsində şagirdlər kompüter əsaslı qiymətləndirməyə cəlb olunublar. ePIRLS şagirdlərin onlayn mühitdə məlumat axtarmaq, əldə etdikləri məlumatları əlaqələndirmək, təhlil etmək və onlardan səmərəli istifadə etmək bacarıqlarını qiymətləndirir. Bununla yanaşı, şagirdlər oxu savadlılığı üzrə test tapşırıqlarını yerinə yetirib, həmçinin onların təhsil və sosial mühitinə dair sorğu suallarını cavablandırıblar.

Fəaliyyətlər şagirdlərin qiymətləndirmə prosesinə hazır olma səviyyəsinin, təlim mühitinin və texniki infrastrukturun vəziyyətinin, tədris proqramlarının tətbiqində beynəlxalq qiymətləndirmə tələblərinə uyğunluğun, məktəb rəhbərliyi və pedaqoji heyətin məlumatlılıq səviyyəsinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və müvafiq istiqamətlər üzrə zəruri dəstək tədbirlərinin görülməsi məqsədinə xidmət edib.

TƏCİLİ! Rusiyadan Türkiyəyə ŞOK HÜCUM - Gəmi vuruldu, ö*lənlər var
Son xəbərlərDaha çox