XƏBƏRLƏR

07.10.2019 17:55
Tanınmış hazırlıq kurslarının aylıq qiymətləri – Bakalavrlar təəccüblənəcəklər  

Magistraturaya qəbul imtahanına aylar qalmış IV kurs tələbələri hazırlıq kursları axtarmağa başlayırlar. Paytaxtda fəaliyyət göstərən saysız hazırlıq kursların olmasını nəzərə alsaq seçim etmənin çətin olduğunu görərərik. 

AzEdu.az olaraq, elə bu çətinliyi nəzərə alaraq tələbələrə kömək etmək qərarına gəldik. Bu yazımızda bir neçə məşhur hazırlıq kursu ilə əlaqə saxlayıb, dərs qiymətlərini öyrənndik.

“Kainat Tədris Mərkəzi”

Hər fənn üzrə həftədə 2 gün dərs keçirilir və hər dərs 90 dəqiqədir. Bununla yanaşı, vəsaitləri ilə kurs tərəfindən verilir.  Eyni zamanda həftə sonu sınaq imtahanları təşkil edilir. Sınaqlar kursun tələbələri üçün ödənişsizdir.

Qiymətlərə gəldikdə isə, ümumi dərs paketin dəyəri 1000 manatdır. Lakin, tələbənin qəbul imtahanında topladığı bal nəzərə alınır. Belə ki, qəbul imtahanında toplanan bal ümumi qiymətdən çıxılır. Yerdə qalan məbləğ dördə bölünür.  

“Lead Education”

Bu kursda da dərsliklər və sınaq imtahanları kurs tərəfindən qarşılanır

Ümumi dərs paketinin qiyməti 700 manatdır. Hazırda davam edən kampaniyaya görə tələbənin qəbul imtahanında topladığı bala uyğun ona endirim olur. Məsələn, tələbə 506 bal toplayıbsa onun ümumi hazırlıq paketi 410 manat olur.

Master School

Həm Azərbaycan, həm də rus bölməsi üzrə magistratura hazırlığı həyata keçirilir. Azərbaycan bölməsi üzrə ümumi paketin qiyməti 950 manat, rus bölməsi üzrə isə 1050 manatdır. Hər iki bölmədə tələbənin qəbul imtahahanında topladığı bal nəzərə alınır.

Hər fənn üzrə həftədə 2 dəfə dərs keçirilir. Bundan əlavə, tələbələrə pulsuz vəsait, və sınaq imtahanları təklif edilir.

Master N 1

Magistratura hazırlığı yalnız Azərbaycan bölməsi üzrə həyata keçirilir. 3 fənn üzrə aylıq qiymət 160 manatdır. Hazırda davam edən kampaniyadan istifadə edən tələbələr aylıq 128 manat ödəyərək, dərs ala bilərlər. Dərslikləri tələbələr özləri əldə edirlər. Bundan əlavə, ödənişsiz sınaq imtahanlarında da iştirak edə bilərsiniz.

Dərs qrafikinə tələbə özü qərar verir. Belə ki, dərslər istəyə görə bir fənn 3 sat olmaqla həftədə bir dəfə, yaxud da 90 dəqiqə olmaqla həftədə 2 dəfə keçirilə bilər.    

İPG

Yalnız Azərbaycan bölməsi üzrə magistr hazırlayan kursda 3 fənn üzrə aylıq qiyməti 150 manatdır. Hazırda davam edən kampaniyaya əsasən, tələbələr qəbul imtahanında topladıqları bala uyğun endirim əldə edə bilərlər. Gələn  il magistraturaya hazırlaşacaq tələbələr aprel-may aylarında kursa müraciət edərlərsə, qəbul balına uyğun endirimlərdən istifadə edə bilərlər.

Həftənin 6 günü dərs bazar günü isə kursun tələbələri üçün ödənişsiz mövzu sınaq imtahanları olur.

Qeyd edək ki, dərslikləri tələbə özü əldə edir. 

Magistr ol

Magistr ol kurslarında həm Azərbaycan, həm də rus bölmələri üçün hazırlıq kurslar mövcuddur. Bölmələr arasında heç bir qiymət fərqi yoxdur. 3 fənn üçün aylıq paket hazırda 180 manatdır. Hazırda davam edən kampaniyaya əsasən Qəbul imtahanında 500-ə qədər bal toplayanalr üçün qiymət 120manat, 500-550 arası bal toplayanlar üçünsə 110 manatdır.

Hər fənn həftədə bir dəfə olmaqla, ümumilikdə həftənin 6 günü dərs olur.  Vəsaitləri üçün tələbə əvvəlcən  15 manat ödəməsi kifayətdir. Sonradan dərslik tələbənin özündə qalır. Bundan əlavə, hər həftə sonu kurs tələbələrinə ödənişsiz sınaq imtahanları təşkil edir.

Edu company

Hazırda davam edən kampaniyaya əsasən, 3 fənn aylıq qiymət 90 manatdır. Kurs tələbələrinə əlavə güzəştlər də edir. Belə ki, özünüzlə yanaşı, bir neçə yaxınınızı da kurs cəlb etsəniz, xüsusi endirimlərdən yararlana bilərsiniz.

Bir dərs 90 dəqiqə keçirilir. Həftəlik dərs qrafikini tələbə müəyyən edir.  Bundan əlavə sınaq  kurs tərəfindən ödənişsiz sınaq imtahanları keçirilir. Dərs vəsaitinə gəldikdə isə, tələbə əvvəlcədən hər fənn üçün maksimum 10 manat ödəyərək əldə etdiklərivəsaitlərdən istifadə edirlər.

Master Academy

Bu kursda da həm Azərbaycan, həm də rus bölməsi üzrə magistratura hazırlığı həyata keçirilir.  Azərbaycan bölməsində 3 fənn üzrə qiymətlərdə tələbənin qəbul imtahanında topladığı bal nəzərə alınır. Rus bölməsində isə aylıq qiymət stabil olaraq, 150 manatdır.

Hər fənn 90 dəqiqə olmaqla həftədə iki dəfə keçirilir.  Vəsaitlər ödənişsiz verilir və tələbələr sınaqlarda iştirak edə bilərlər. Bu sınaqlarda kursun öz tələbələri ilə yanaşı digərləri də iştirak edə bilələr. Bunun üçün 3 manat ödəniş etmək kifayətdir.

İlin gənc müəllimi-Müraciət formu