Azedu.az

Çində bir neçə süni intellekt alimi qəfil vəfat edib

Müəllimlər və elm adamları

16 Aprel 2025, 08:58
Çində bir neçə süni intellekt alimi qəfil vəfat edib

Çində süni intellekt sahəsində çalışan bir neçə mütəxəssisin qəfil ölümü diqqət çəkib.

AzEdu.az xəbər verir ki, "South China Morning Post" nəşri bu barədə geniş məlumat yayıb.

Bildirilir ki, Çində süni intellekt sahəsində çalışan bir neçə tanınmış mütəxəssisin gözlənilməz xəstəliklər və ya qəzalardan sonra qəfil vəfat etməsi ictimai diqqəti cəlb edib.

2022-ci ildə Pekində yerləşən "Megvii Technology" şirkətinin 45 yaşlı əməkdaşı Sun Tszyan vəfat edib. 2023-cü ildə isə 38 yaşlı tədqiqatçı Fen Yanhe və Honkonq Çin Universitetinin professoru, həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən "SenseTime" şirkətinin qurucularından biri olan 55 yaşlı Tan Syaou həyatını itirib.

Mütəxəssislər bu cür ardıcıl ölüm hallarının narahatlıq doğurduğunu bildiriblər. Onların fikrincə, bu hadisələr Çin və ABŞ arasında davam edən texnoloji rəqabət fonunda süni intellekt sənayesinə artan təzyiqlərlə əlaqəli ola bilər.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox