Azedu.az

LDU-da elmi konfrans keçirilib

Ali təhsil

19 İyun 2026, 16:26
LDU-da elmi konfrans keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Aqrar ekosistemlərin qorunması baxımından şəhərsalma planlaşdırılmasının elmi əsasları” mövzusunda elmi konfrans keçirilib.

AzEdu.az xəbər verir ki, konfrans işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev konfransı giriş sözü ilə açaraq iştirakçılara LDU-nun rektoru, prof. Natiq İbrahimovun təbrikini çatdırıb, elmi konfransın olduqca aktual məsələyə həsr olunduğunu vurğulayıb.

Universitetin Aqrar və mühəndislik fakültəsinin dekanı, dos. Balayar Şahbazov “Aqrar ekosistemlərin qorunması – şəhərsalmada davamlı inkişaf konsepsiyasının tərkib hissəsidir”, dos. Qorxmaz Ağayev “Müasir urbanizasiya şəraitində şəhərsalma və aqrar ekosistemlərin dayanıqlı inteqrasiyası məsələləri”, dos. Zülfü Məmmədov “Şəhərsalma zamanı biomüxtəlifliyin qorunması” mövzusunda məruzə ediblər.

Sonda məruzələr ətrafında diskussiya keçirilib, suallar cavablandırılıb.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox