Bu gün ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır.
AzEdu.az xəbər verir ki, bu il ilk dəfə olaraq Tarix, Texnologiya, Musiqi, Təsviri incəsənət və Fiziki tərbiyə fənləri də prosesə daxil edilib.
Eyni zamanda, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili - rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar.
Sertifikasiyanın ilk günündə Azərbaycan dili, Rus dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, Fransız dili, Alman dili müəllimləri imtahan verəcək.
Bildirilib ki, ümumilikdə 23 mindən çox təhsilverən 19 şəhərdə fəaliyyət göstərəcək 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək.
Qeyd olunub ki, 2022-ci ildən etibarən həyata keçirilən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb edilib.
Sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşı 35 faiz, 49 mindən çox müəllimin maaşı isə 10 faiz artırılıb.