Azedu.az

12 yaşlı qızın ağlagəlməz əməli: bu yalana görə saxladılar

Hadisə

20 İyun 2026, 08:54
12 yaşlı qızın ağlagəlməz əməli: bu yalana görə saxladılar

Braziliyada valideynlər 12 yaşlı qızlarının qaçırılması barədə xəbər versələr də, sonradan bunun ailədən pul qoparmaq məqsədilə qurulmuş bir səhnələşdirmə olduğu üzə çıxıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Odditycentral" nəşri məlumat yayıb.

Qeyd olunur ki, məktəbli qız valideynlərindən daha çox pul qoparmaq üçün özünü "qurban" kimi qələmə vermək istəyib, lakin sonda müttəhimlər kürsüsündə əyləşib.

Nəşrin məlumatına görə, gecə saatlarənda Braziliyanın Santa-Katarina ştatının İtayopolis şəhərindən 12 yaşlı qızın qaçırılması barədə məlumat daxil olub. Evdən yoxa çıxan qız valideynlərinə təhdid və amansız rəftara məruz qaldığını iddia edərək qaçırıldığına dair mesajlar göndərməyə başlayıb.

Valideynlər dərhal polisə müraciət ediblər və hüquq-mühafizə orqanları yeniyetmənin axtarışlarına başlayıb. Səhər saatlarında itkin düşən qız öldürülməməsi qarşılığında pul tələb olunduğunu uyduraraq, valideynlərinə mesaj yollayıb.

Bir neçə saatdan sonra polis onu İtayopolisin kənarındakı kənd evlərindən birində sağ-salamat tapıb.

Xüsusi təyinatlılar 12 yaşlı qızı xilas etməyə hazırlaşsalar da, ərazidə heç bir adam oğrusu aşkar edilməyib. Dindirmə zamanı qız valideynlərindən pul tələb etmək üçün bu oğurluq hadisəsini uydurduğunu etiraf edib.

Özünü zərərçəkmiş kimi göstərən yeniyetmə hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox