Azedu.az

“Öz biliklərimə güvənirdim” - 59 bal toplayan müəllim

Sertifikasiya

18 İyun 2026, 12:36
“Öz biliklərimə güvənirdim” - 59 bal toplayan müəllim

“Fənnini bilən müəllim üçün sertifikasiyadan keçmək mümkündür”

Bakı şəhəri 259 nömrəli tam orta məktəbin musiqi müəllimi Validə Əlizadə sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.

Üç ildir pedaqoji fəaliyyət göstərdiyini bildirən müəllim imtahanda 59 bal topladığını və nəticəsindən məmnun qaldığını deyib.

“Çox sevincliyəm. Sualların səviyyəsi normal idi. Düşündürücü və maraqlı suallar da var idi. Ümumilikdə imtahan yaxşı təşkil olunmuşdu”, - deyə V.Əlizadə qeyd edib.

Onun sözlərinə görə, test tapşırıqları sadədən mürəkkəbə doğru tərtib edilmişdi və müxtəlif səviyyəli sualları əhatə edirdi.

“Suallar həm sadə, həm də düşündürücü idi. Harda səhv etdiyimi hələ bilmirəm, amma ehtimal edirəm ki, kurikulum hissəsində müəyyən yanlışlarım ola bilər”,-  deyə müəllim bildirib.

İmtahana hazırlıq prosesindən danışan V.Əlizadə əlavə vəsaitlərdən istifadə etmədiyini vurğulayıb:

“Xüsusi hazırlıq keçməmişəm. Öz biliklərimə güvənirdim. Düşünürəm ki, fənnini yaxşı bilən müəllim üçün bu imtahandan keçmək mümkündür”.

Müəllim sertifikatlaşdırmanın peşəkar inkişaf baxımından əhəmiyyətini də qeyd edib.

“Sertifikasiya müəllimlərə müsbət təsir göstərir. Bu proses onları daim öz üzərlərində işləməyə, biliklərini yeniləməyə və inkişaf etdirməyə təşviq edir”, - deyə o bildirib.

V.Əlizadə əlavə edib ki, sertifikatlaşdırmanın əməkhaqqı artımı ilə əlaqələndirilməsi də müəllimlər üçün əlavə motivasiya yaradır və onların peşəkar inkişafına stimul verir.

Moskvaya dəhşətli hücum - Azərbaycanlıların ticarət mərkəzi YANIR!
Son xəbərlərDaha çox