Azedu.az

Magistr qəbulunda ödənişli yerlər: hansı universitetlər liderdir?

Dövlət İmtahan Mərkəzi

19 İyun 2026, 16:02
Magistr qəbulunda ödənişli yerlər: hansı universitetlər liderdir?

2025-ci il üzrə magistratura səviyyəsində ali təhsil müəssisələrinə qəbul nəticələrinə əsasən, bir sıra universitetlərdə tələbələrin yalnız ödənişli əsaslarla təhsil almaq hüququ qazandığı müəyyən edilib.

AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Məlumata görə, Bakı Qızlar Universiteti, Bakı Avrasiya Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunan bütün tələbələr yalnız ödənişli təhsil əsasında magistratura səviyyəsinə yerləşdirilib.

Dövlət ali təhsil müəssisələri arasında ödənişli əsaslarla ən çox tələbə qəbul edən universitet Azərbaycan Dövlət İqtisad Universiteti olub. Belə ki, ADİU-ya bu əsasla 1708 nəfər qəbul edilib.

Özəl ali təhsil müəssisələri arasında isə Xəzər Universiteti liderlik edir. Universitetə ödənişli əsaslarla 156 nəfər qəbul olunub.

Qeyd edək ki, nəticələr ali təhsil müəssisələrində magistratura səviyyəsində ödənişli təhsil üzrə tələbə qəbulunun paylanmasını əks etdirir.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox