Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin universitet seçimləri regionlar üzrə fərqlənir. Bəzi ali məktəblər isə ən çox seçilən universitetlər sırasında xüsusi üstünlük təşkil edir.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) 2025-ci ilə aid statistik məlumatlarına əsasən, Şəki-Zaqatala iqtisadi rayonunda abituriyentlərin ən çox qəbul olduqları ali təhsil müəssisələri müəyyənləşib.
Məlumata əsasən, Balakən rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
Qax rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.
Qəbələ rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.
Oğuz rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
Şəki rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
Zaqatala rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
Şəki-Zaqatala regionunda abituriyentlərin seçimləri əsasən BDU, UNEC və ADPU ətrafında cəmləşir. Bu isə regionda həm iqtisadi, həm pedaqoji, həm də klassik universitet ixtisaslarına marağın yüksək olduğunu göstərir.