Azedu.az

3794 məzun, 1660 tələbə adı: liseylərin qəbul statistikası

Şagirdlər

20 İyun 2026, 10:45
3794 məzun, 1660 tələbə adı: liseylərin qəbul statistikası

2025-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseyləri ümumilikdə 3794 şagird bitirib. Onlardan 3791 nəfəri buraxılış imtahanında iştirak edib.

AzEdu.az-ın 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə, lisey məzunlarının buraxılış imtahanında topladıqları orta bal tədris dili fənni üzrə 72,28, riyaziyyat üzrə 57,61, xarici dil üzrə isə 74,61 olub. Hər üç fənn üzrə ümumi orta göstərici 207,53 bal təşkil edib ki, bu da respublika üzrə orta nəticədən 56,78 faiz yüksəkdir.

Buraxılış imtahanlarının nəticələrinə əsasən 3788 nəfər attestat alıb. Attestat alanların 64,52 faizi I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib, 78,14 faizi isə V ixtisas qrupu üzrə müsabiqəyə qatılmaq üçün ərizə verib.

Qəbul imtahanlarının nəticələrinə görə liseylərin 1660 məzunu tələbə adını qazanıb. Onlardan 1034 nəfər dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında, 72 nəfər özəl ali məktəblərə dövlət sifarişi ilə qəbul olunub. Bundan əlavə, 428 nəfər dövlət, 126 nəfər isə özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.

Məzunların 768 nəfəri 500-dən, o cümlədən 326 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti olub.
Statistikaya əsasən, lisey məzunlarının 31,42 faizi 500-dən yuxarı, 38,75 faizi isə 300–500 bal aralığında nəticə göstərib. Ümumilikdə abituriyentlərin 70,17 faizi 300-dən yuxarı bal toplayıb.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox