Ötən il buraxılış imtahanlarının nəticələri üzrə abituriyentlərin göstəricilərində fərqli mənzərə ortaya çıxıb.
AzEdu.az-ın 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə, ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edən abituriyentlərin buraxılış imtahanı nəticələri fənlər üzrə fərqli mənzərə ortaya qoyub.
Statistik təhlilə əsasən, abituriyentlər ana dili fənni üzrə daha yüksək nəticələr göstəriblər. Bu fəndə iştirakçıların böyük hissəsi 23-27 düzgün cavab intervalında cəmləşib.
Riyaziyyat fənni üzrə nəticələr əsasən orta göstəricilər ətrafında formalaşıb. Ən çox iştirakçı 5-15 düzgün cavab toplayıb ki, bu da riyaziyyat üzrə yüksək nəticə göstərənlərin sayının nisbətən az olduğunu göstərir.
Ən zəif göstərici isə xarici dil fənni üzrə qeydə alınıb. Statistikaya görə, bu fəndə maksimal nəticə göstərən abituriyentlərin sayı digər fənlərlə müqayisədə daha az olub.