2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsi işıq üzü görüb.
AzEdu.az “Abituriyent” 12 jurnalına istinadən xəbər verir ki, ötən il ali məktəblərə qəbul olanlar və dövlət sifarişi (pulsuz) əsasında təhsil hüququ qazananlar arasında qızlar üstünlük təşkil edib:
Belə ki, ali təhsil müəssisələrinə qəbul olanların ümumi sayının 54.22%-ni, yəni 24 585 nəfərini qızlar təşkil edib. Oğlanlar isə ümumi qəbulda 45.78% payla yer alaraq 20 761 nəfər olublar.
Oxşar analoji vəziyyət dövlət sifarişi əsasında qəbul olanlar arasında da müşahidə olunur.
Belə ki, dövlət hesabına ödənişsiz təhsil almaq hüququ qazanan abituriyentlərin 51.58%-ni (12 638 nəfər) qızlar, 48.42%-ni isə (11 862 nəfər) oğlanlar təşkil edib.