Azedu.az

Ən çox plan yeri bu ali məktəblərə ayrılır...

Ali təhsil

19 İyun 2026, 16:33
Ən çox plan yeri bu ali məktəblərə ayrılır...

2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinin qəbul planı əsasında ayrılmış yerlərin sayı təqdim olunub.

AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qəbul planında ən çox yer Bakı Dövlət Universitetinin payına düşüb. Bu təhsil müəssisəsinin qəbul planı 5934 yer olmaqla ümumi plan yerlərinin 9.98%-ni təşkil edir. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ən çox plan yeri ayrılan ali təhsil müəssisələri sırasındadır. Ümumiyyətlə, ayrı-ayrı təhsil müəssisələri üzrə plan yerlərinin sayı ötən illə müqayisədə bəzi hallarda kəskin artıb. Məsələn, cari ildə plan yerləri ADA Universiteti və Azərbaycan Dövlət Dəniz Akademiyası üzrə 1.5 dəfə, Xəzər Universiteti üzrə 1.4 dəfə, Bakı Ali Neft Məktəbi və Türkiyə-Azərbaycan Universiteti üzrə 1.3 dəfə, Qarabağ Universiteti üzrə 1.3 dəfə, Azərbaycan Dövlət Aqrar Universiteti üzrə isə 1.2 dəfə artıb.

Ali təhsil müəssisələrinin qəbul planları:

Bakı Dövlət Universitetində Azərbaycan bölməsi üzrə 4615, rus bölməsi üzrə 710, hər iki bölmə üzrə birgə müsabiqə üçün 609 yer olmaqla cəmi 5934 yer ayrılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2635 Azərbaycan, 185 rus, 765 birgə olmaqla cəmi 3585 yer nəzərdə tutulub.

Azərbaycan Texniki Universitetində 1085 Azərbaycan, 15 rus, 1045 birgə olmaqla ümumilikdə 2145 yer ayrılıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetində 2205 Azərbaycan, 155 rus, 240 birgə olmaqla cəmi 2600 yer ayrılıb.

Azərbaycan Tibb Universitetində 815 Azərbaycan, 130 rus, 13 birgə olmaqla ümumilikdə 958 yer ayrılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində 3080 Azərbaycan, 330 rus, 190 birgə olmaqla 3600 yer nəzərdə tutulub.

Azərbaycan Dövlət İqtisad Universitetində 3355 Azərbaycan, 570 rus, 265 birgə olmaqla cəmi 4190 yer ayrılıb.

Azərbaycan Dillər Universitetində 1325 Azərbaycan, 375 rus, 110 birgə olmaqla 1810 yer ayrılıb.

Bakı Slavyan Universitetində 1065 Azərbaycan, 375 rus, birgə yer ayrılmayıb və cəmi 1440 yer ayrılıb.

Bakı Mühəndislik Universitetində 1945 Azərbaycan, rus bölməsi yoxdur, 540 birgə olmaqla cəmi 2485 yer ayrılıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 258 Azərbaycan, 135 rus, birgə yer yoxdur və cəmi 393 yer ayrılıb.

ADA Universitetində yalnız birgə müsabiqə üzrə 388 yer ayrılıb.

Bakı Musiqi Akademiyasında yalnız birgə müsabiqə üzrə 157 yer ayrılıb.

Azərbaycan Milli Konservatoriyasında yalnız birgə müsabiqə üzrə 146 yer ayrılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 579 Azərbaycan, 82 rus, birgə yer yoxdur və cəmi 661 yer ayrılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yalnız birgə müsabiqə üzrə 300 yer ayrılıb.

Azərbaycan Turizm və Menecment Universitetində 535 Azərbaycan, 50 rus, 50 birgə olmaqla cəmi 635 yer ayrılıb.

Bakı Xoreoqrafiya Akademiyasında yalnız birgə müsabiqə üzrə 130 yer ayrılıb.

Azərbaycan İdman Akademiyasında yalnız birgə müsabiqə üzrə 1678 yer ayrılıb.      

Milli Aviasiya Akademiyasında 380 Azərbaycan, 90 rus, 370 birgə olmaqla cəmi 840 yer ayrılıb.

Azərbaycan Dövlət Dəniz Akademiyasında 280 Azərbaycan, 15 rus, 55 birgə olmaqla 350 yer nəzərdə tutulub.

Bakı Ali Neft Məktəbində yalnız birgə müsabiqə üzrə 449 yer ayrılıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasında 100 Azərbaycan, rus bölməsi yoxdur, 40 birgə olmaqla cəmi 140 yer ayrılıb.

Naxçıvan Dövlət Universitetində 1705 Azərbaycan, rus bölməsi yoxdur, 120 birgə olmaqla cəmi 1825 yer ayrılıb.

Naxçıvan Müəllimlər İnstitutunda yalnız Azərbaycan bölməsi üzrə 230 yer ayrılıb.

Azərbaycan Dövlət Aqrar Universitetində 1787 Azərbaycan, 160 rus, 115 birgə olmaqla cəmi 2062 yer ayrılıb.

Gəncə Dövlət Universitetində 1563 Azərbaycan, 15 rus, birgə yer yoxdur və cəmi 1578 yer ayrılıb.

Azərbaycan Texnologiya Universitetində 1305 Azərbaycan, 135 rus, 30 birgə olmaqla cəmi 1470 yer ayrılıb.

Sumqayıt Dövlət Universitetində 1825 Azərbaycan, rus bölməsi yoxdur, 50 birgə olmaqla cəmi 1875 yer ayrılıb.

Mingəçevir Dövlət Universitetində 1595 Azərbaycan, 20 rus, birgə yer yoxdur və cəmi 1615 yer ayrılıb.

Lənkəran Dövlət Universitetində yalnız Azərbaycan bölməsi üzrə 1915 yer ayrılıb.

Qarabağ Universitetində yalnız Azərbaycan bölməsi üzrə 1435 yer ayrılıb.

Türkiyə-Azərbaycan Universitetində yalnız birgə müsabiqə üzrə 119 yer ayrılıb.

Azərbaycan İlahiyyat İnstitutunda yalnız Azərbaycan bölməsi üzrə 78 yer ayrılıb.

Azərbaycan Kooperasiya Universitetində 1115 Azərbaycan, rus bölməsi yoxdur, 400 birgə olmaqla cəmi 1515 yer ayrılıb.

“Azərbaycan” Universitetində 995 Azərbaycan, rus bölməsi yoxdur, 100 birgə olmaqla cəmi 1095 yer ayrılıb.

Qərbi Kaspi Universitetində yalnız birgə müsabiqə üzrə 1475 yer ayrılıb.

Xəzər Universitetində yalnız birgə müsabiqə üzrə 1629 yer ayrılıb.

Bakı Avrasiya Universitetində 1380 Azərbaycan, rus bölməsi yoxdur, 60 birgə olmaqla cəmi b yer ayrılıb.

Bakı Qızlar Universitetində yalnız Azərbaycan bölməsi üzrə 430 yer ayrılıb.

Odlar Yurdu Universitetində 100 Azərbaycan, rus bölməsi yoxdur, 925 birgə olmaqla cəmi 1025 yer ayrılıb.

Bakı Biznes Universitetində 1215 Azərbaycan, rus bölməsi yoxdur, 15 birgə olmaqla cəmi 1230 yer ayrılıb.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 270 Azərbaycan, rus bölməsi yoxdur, 130 birgə olmaqla cəmi 400 yer ayrılıb.

Ümumilikdə qəbul planı üzrə Azərbaycan bölməsi üçün 43200, rus bölməsi üçün 3547, hər iki bölmə üzrə birgə müsabiqə üçün 12708 yer olmaqla cəmi 59455 yer ayrılıb.

 

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox