Azedu.az

Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib- ADLAR

AzEdu Təhsil Platforması

20 İyun 2026, 11:16
Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib- ADLAR

Bakı Türk Anadolu liseyi, Azerbaijan British College təhsil kompleksi, Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya və Qərbi Kaspi Universitetinin nəzdində tam orta məktəbin məzunları arasında ali təhsil müəssisəsinə qəbul olunan olmayıb.

AzEdu.az-ın 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə, bundan başqa, Avropa Azərbaycan məktəbi, BSB tam orta innovasiyalar məktəbi və SABIS SUN Beynəlxalq məktəbinin bir nəfər məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd təqdim etməyib.

Respublika üzrə ən yaxşı nəticə göstərən liseylər sırasında Kimya-biologiya təmayüllü lisey, Bakı Türk liseyi, Gəncə şəhər Fizika-riyaziyyat və informatika təmayüllü liseyi, Akademik Zərifə Əliyeva adına lisey, BDU-nun nəzdində "Gənc istedadlar" liseyi, Bakı Avropa liseyi, Sumqayıt şəhər "İdrak" liseyi və "Kaspi" liseyinin Xətai filialı da yer alıb.

Azərbaycan bölməsi üzrə lisey məzunlarının I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında topladıqları orta bal 417,2 olub ki, bu da respublika göstəricisindən 41,6 faiz yüksəkdir. Rus bölməsi üzrə isə orta bal 341,2 təşkil edib və ölkə göstəricisini 20,3 faiz üstələyib.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox