![](https://azedu.az/uploads/news/2018/03/2018_ilham_aliyev_01.jpg)
Prezident İlham Əliyev Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
AzEDU Trend-ə istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 942 000 (dörd milyon doqquz yüz qırx iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Lənkəran, Lerik və Astara rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı:
Sıra №-si | Təhsil müəssisələrinin adları | Ayrılan vəsait |
1 | Lənkəran rayonu Köhnəgəgir kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
2 | Lənkəran rayonu Jidi kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 425 000 |
3 | Lənkəran rayonu Alazəpin kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 230 000 |
4 | Lənkəran rayonu Türkəncil kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 330 000 |
5 | Lerik rayonu Sivəkəran kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 230 000 |
6 | Lerik rayonu Küsəkəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
7 | Lerik rayonu Vov kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
8 | Lerik rayonu Monidigah kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 425 000 |
9 | Lerik rayonu Kirəvud kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
10 | Lerik rayonu Zövnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
11 | Lerik rayonu Vılıq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
12 | Lerik rayonu Vamazğon kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
13 | Lerik rayonu Kaqoy kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 262 000 |
14 | Lerik rayonu Conu kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
15 | Astara rayonu Şəmətük kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 230 000 |
16 | Astara rayonu Doli kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 260 000 |
Cəmi | 4 942 000 |
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)