Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 10:19:49
“Bağçalarda xəstəlik yayılıb” şayiəsi təşviş yaratdı - Baş pediatrdan valideynlərə xəbərdarlıq

Bağçalarda suçiçəyi virusunun yayılmasıyla bağlı şayiələr haqlı olaraq valideynlərin narahatlığına səbəb olub. Valideynlər övladlarını keçici olan bu virusdan qorumaq üçün bəzi hallarda hətta bağçaya buraxmır. Bu isə uşaqların rejimini pozur.

Maraqlıdır ki, Azərbaycanda uşaqlar suçiçəyinə qarşı peyvənd olunurmu? Ümumiyyətlə bu virus hansı səbəblərdən yayılır?

Azərbaycanın Baş Pediatrı Nəsib Quliyev məsələ ilə bağlı AzEDU.az-a açıqlamasında bildirib ki, bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda uşaqlar suçiçəyi xəstəliyinə qarşı peyvənd olunmur:

“Suçiçəyi xəstəliyi üçün nəzərdə tutulan mövcud iki vaksin bizi qane etmir. Xəstəliyin qarşısını almaq üçün yeni və təkmilləşdirilmiş peyvənd hazırlanır. Uşaqlar arasında bu xəstəliyə yoluxma halları il boyu müşahidə olunur. Xəstəliyə şübhə yaranan kimi valideynlər dərhal  həkimə müraciət etməlidirlər. Həkim məsləhətindən sonra ev şəraitində müalicə və qulluq  tam sağalma ilə nəticələnir”.

d4b2581a-d467-44d8-ac9f-a0eb087ccc05.jpg

Baş pediatr valideynləri diqqətli olmağa çağırıb:

“Valideynlər bilməlidirlər ki, bu virusa yoluxan və bu şəxslə təmasda olan uşaqlar varsa, üstəlik uşaq əvvəl suçiçəyi keçirməyibsə, bu xəstəlik təmasda olan uşaqda  da görünəcək.  Çünki suçiçəyinin yoluxma indeksi çox yüksəkdir. İlkin əlamətlər görünən kimi sahə həkimiylə məsləhtləşib onların tövsiyyə etdiyi qaydada müalicə aparılmalıdır. Xəstə olan uşaqlar uşaq kollektivlərinə, o cümlədən bağça və ya məktəblərə göndərilməməldir. İlk simptomlar qızdırmanın yüksəlməsi, bu xəstəliyə xarekterik olan səpkilərin görünməsidir. Müalicə mərhələsində allergiya əleyhinə və qızdırma salıcı dərman preparatlarından istifadə olunur. Səpkilər brilliant yaşılı  və xüsusi qırmızı məhlulla işlənməlidir”.

Nəzrin Rüstəmova