Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 09:29:00
Rektor plagiatlıqda ittiham olunur

Ukraynadakı Ternopol Milli Pedaqoji Universitetinin rektoru Boqdan Buyak dissertasiyasının plagiat olmasında  ittiham olunur.

AzEdu.az xəbər verir ki, Ukrayna KİV-lərinin məlumatına görə, onun elmi işində hətta tələbələrin esselərindən çıxarışlar da tapıblar.

Buyak hələ 2013-cü ildə fəlsəfə üzrə doktorluq dissertasiyasını müdafiə edib. Plagiatla bağlı araşdırma isə bu yaxınlarda məlum olub. Onu  jurnalist İlya Lukaş dərc edib. 

İstintaq zamanı məlum olub ki, universitetin keçmiş əməkdaşı rektorun 400 səhifəlik elmi işində plagiat əlamətləri aşkar edib. “Disergeyt” layihəsinin plagiatla mübarizə platformasının koordinatoru Svetlana Blaqoteleva-Volk iddia edir ki, rektorun işində tələbələrin test imtahanlarından və referatlardan götürülmüş hissələr var.

Ekspertlərin fikrincə, bu əsərin heç bir dəyəri yoxdur. Üstəlik, onun sözlərinə görə, bu, dissertasiya saxtalaşdırmalar əsasında yaradılıb. Bundan əlavə, jurnalistlər məhkəmə-tibb ekspertin rəyinə istinad edib, o da plagiatın mövcudluğunu təsdiqləyir.

 

Buyakın özü dissertasiyasının plagiat olmadığını bildirib. O qeyd edir ki, əsər bütün antiplagiat proqramları ilə yoxlanılıb. Digər işlərlə texniki uyğunluq 5 faiz təşkil edir ki, bu da normal qəbul olunmalıdır.